QR CodeQR Code

İran ilə “altılıq” arasında növbəti nüvə danışıqlarının yeri və tarixi açıqlandı

17 Oct 2013 11:11

IslamTimes - Cenevrədə keçirilən İran ilə “Altılıq” qrupu arasında nüvə müzakirələrinin sonunda müştərək bəyanat qəbul olunub.


15-16 oktyabrda keçirilən müzakirələrdə iştirak edən heyətlər gələcək planlara dair birgə bəyanat imzalayıblar.
 
Deyerler.org-un İRİB-ə istinadən verdiyi xəbərə görə, qəbul olunmuş yekun qərarda bildirilir ki, bu heyətlərin növbəti iclası Cenevrədə 7-8 noyabr tarixində keçirilsin.
 
Cenevrədə nüvə müzakirəçiləri həmçinin razılığa gəliblər ki, nüvə, elmi, “5+1” qrupunun sanksiya məsələləri üzrə ekspertləri və İranın ekspertləri növbəti toplantıdan öncə fikir ayrılıqlarını araşdırmaq üçün proqram hazırlayaraq praktiki addımları tənzimləmək istiqamətində iclas keçirsinlər.


Story Code: 311696

News Link :
https://www.islamtimes.org/az/news/311696/iran-ilə-altılıq-arasında-növbəti-nüvə-danışıqlarının-yeri-və-tarixi-açıqlandı

Islam Times
  https://www.islamtimes.org