0
Thursday 17 October 2013 - 15:02

“Ayasofya məscid olaraq açılmalıdır”

Story Code : 311790
“Ayasofya məscid olaraq açılmalıdır”
“Ayasofya məscid olaraq açılmalıdır”
Baş vaiz bayram namazında Sultanahmet Məscidinin dolmasını fürsət bilərək baş nazirə mesaj göndərdi. İstanbul Baş Vaizi Mustafa Akgül “Ayasofya məscid olaraq açılmalıdır” dedi. Diyanət İşləri sədr müavini Həsən Kamil Yılmazın imamlıq etdiyi Sultanahmet Camisindəki xütbəni İstanbul Baş Vaizi Mustafa Akgül oxudu.

Xütbədə Ayasofyanın məscid olaraq ibadətə açılmasını istəyən Baş Vaiz Mustafa Akgül: “Paketlər açılır, bir çox qardaşlarımız da paketlərdən istədiklərini dilə gətirirlər. Biz də məmnun oluruq, çünki hər kəs istədiyini rahat şəkildə istəyə bilər”

Akgül demokratiya paketinə istinad edərək başladığı xütbəsində “Bəs bizim bu bayramda paketlərdən bir tələbimiz yoxdur?” Sultanahmetin camaatla dolduğunu ifadə edən Akgül: “Ancaq Ayasofya camaatdan məhrumdur. Ayasofya ağlayır, kədərlidir. Ayasofyanın açılması üçün daha neçə paket gözləyəcəyik? Ayasofya böyük olduğu üçünmü paketlərə sığmır? Bir gün Ayasofya məscid olaraq açılmalıdır” ifadələrini istifadə etdi.

Qeyd edək ki, Ayasofyaya bağlı Trabzondaki Ayasofya Kilsəsi də məscidə çevrilmişdi. Trabzonda uzun müddət muzey olaraq istifadə edilən Ayasofya 52 il sonra təkrar məscidə çevrilmiş və freskalar pərdələrlər, döşəmə isə xalçalarla bağlanılmışdı.
Source : Islamtimes
Comment