QR CodeQR Code

Yaponiyada sel fəlakəti

16 Jul 2010 09:35

İslamTimes/İTAR-TASS – Yaponiyada bir həftə davam edən leysan yağıntılardan sonra sel fəlakəti yaranıb. 3 nəfər həlak olub, 10 nəfər itkin düşüb.


Milli meteoroloji idarədən verilən məlumata əsasən fəlakət zonasında 200 mm yağıntı düşüb. Kyusyu və Xonsyu adalarında avtomobil və qatar yolları sel sularının altında qalıb.
Sel suları ölkənin şimalına doğru genişlənməkdədir. Hökumət yerli sakinləri yaşayış yerini tərk etməyə çağırıb. Regionda torpaq sürüşməsi təhlükəsi var.


Story Code: 31189

News Link :
https://www.islamtimes.org/az/news/31189/yaponiyada-sel-fəlakəti

Islam Times
  https://www.islamtimes.org