QR CodeQR Code

İsrail ABŞ-ın İran danışıqlarından razı qalmasından qəzəblənib

Islamtimes , 17 Oct 2013 23:51

İslamtimes - İsrail siyasətçiləri ABŞ-ın Cenevrədə 5+1 dövlətləri ilə danışıqlarda İrandan razı qalması haqqında yayılan məlumatlara qəzəbli şəkildə münasibət bildiriblər.


Cümə axşamı günü xarici işlər nazirinin müavini Zev Elkin deyib ki, o Qərb dövlətlərinin İran ilə danışıqlarda əməllər ilə sözlər arasında olan fərqliliyi başa düşdüklərinə ümid edirdi.

İsrail radiosuna müsahibə verən Elkin iddia edərək deyib: “İran uranın zənginləşdirməsini dayandırmayana və nüvə silahı istehsal etmək niyyətindən əl çəkməyənə kimi sanksiyala aradan qalxmamalıdır.”

İran isə əvvələrdə və indi də deyib ki, onun nüvə enerji proqramı yalnız və yalnız dinc xarakter daşıyır və İslam Respublikası öz nüvə fəaliyyətini Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altında davam etdirməyə qərarlıdır.

Leyborist İsak Herzog Elkini və digər hökumət rəsmilərini həqiqətdə İsrailə zərbə olan ictimai açıqlamaları etdikləri üçün tənqid edib.

Herzog İsrail radiosuna müsahibədə deyib: “Tənqidlər Obama administrasiyasının İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün atdığı beynəlxalq cəhdləri korlayır.”

İsrail rejimi dünya dövlətlərini İran ilə razılığa gəlmək müqabilində xəbərdar edib və onları İrana qarşı sanksiyaları yumuşaltmamağa çağırıb.

Bazar ertəsi günü İsrail parlamentinin qış sessiyasının açılış mərasimində çıxış edən İsrail baş naziri Benyamin Netanyahu iddia edərək deyib ki, İrana qarşı təziqləri yumuşaltmaq tarixi bir səhv olacaq.

ABŞ-dakı sionist lobbisi çalışır ki, Ağ Ev və Konqresə İrana qarşı təziqləri yumuşaltmaq fikrindən əl çəkmələri üçün təsir etsinlər.


Story Code: 311914

News Link :
https://www.islamtimes.org/az/news/311914/israil-abş-ın-iran-danışıqlarından-razı-qalmasından-qəzəblənib

Islam Times
  https://www.islamtimes.org