0
Thursday 16 April 2009 - 23:24
HƏZRƏT AYƏTULLAH XAMENEI:

“İRAN İSLAM İNQILABI İSLAMIN, TÖVHIDIN, ƏDALƏTIN VƏ HUMANIZMIN ZÜLMLƏ DOLUB-DAŞAN DÜNYADA SƏSLƏNƏN FƏRYADI IDI”

Iranı dünya ictimaiyyətindən təcrid etməyə çalışanlar, bu gün onu inteqtasiyaya çağırırlar.
Story Code : 3122
“İRAN İSLAM İNQILABI İSLAMIN, TÖVHIDIN, ƏDALƏTIN VƏ HUMANIZMIN ZÜLMLƏ DOLUB-DAŞAN DÜNYADA SƏSLƏNƏN FƏRYADI IDI”
deyən İran İslam İnqilabının rəhbəri Həzrət Ayətullah Xamenei, İmam Hüseyn (ə) adına Müdafiə Təlimi və Zabitlər Universitetinin məzunları üçün aprelin 15 -də təşkil olunmuş buraxılış mərasimində Iranın dünyaya inteqrasiyası yalnız dini və milli dəyərlərə əsaslanaraq həyata keçə biləcəyini vurğuluyaraq demişdir:“Xalqımıza dünyaya inteqrasiya olunmaq tövsiyyəsinin əsl mahiyyəti dünyanın diktator qüvvələrinə təslim olmaq və dünyanın ədalətsizliyə söykənən quruluşunu qəbul etməkdir. Lakin İran xalqı geridə qoyduğu 30 il ərzində bu məntiqsiz və cahil istəyə “YOX” cavabı vermişdir”. 

Iranın sürətli elmi tərəqqisinə baxmayaraq arzuolunan səviyyəyə çatmaq və elmi baxımdan geriliyi tam aradan qaldırılmaq üçün qarşıda görüləsi işlərin mövcudluğunu xatırladan İnqilab Rəhbəri, elmin bəşəriyyət üçün nemət olduğunu vurğulayaraq, ondan səmərəli və layiqincə istifadə əvəzinə millətlər üçün yaradılmış bədbəxtliklərə işarə edərək buyurmuşdur: 

“Təssüflər olsun ki, bəzi insanlar bu ilahi nemətdən fəsad, təcavüzkarlıq, iğtişaş və zülm törətmək məqsədilə istifadə etdilər və nəticədə dünya “zülm edən” və “zülmə məruz qalanlar”-dan ibarət, iki qütbə bölündü”. (İslamTimes)
Comment


Related links