0
Friday 18 October 2013 - 23:01

Vəhabilərin şiə zəvvarlara təhdidləri: Biz siz şiələri qətlə yetirərək qadınlarınıza təcavüz edəcəyik

Story Code : 312202
Vəhabilərin şiə zəvvarlara təhdidləri: Biz siz şiələri qətlə yetirərək qadınlarınıza təcavüz edəcəyik
Vəhabilərin şiə zəvvarlara təhdidləri: Biz siz şiələri qətlə yetirərək qadınlarınıza təcavüz edəcəyik
Mina Məkkə şəhəri yaxınlığında yerləşən, hacıların çadırlarda qaldığı və şeytani simvolizə edən 3 daşı yeddi kiçik daşlarla daşladıqları şəhərdir. Səudiyyə Ərəbistanı hökuməti həcc mövsümü zamanı bu ərazidə minlərlə kondisionerli çadırlar qurub.

Tanınmış qadın cəmiyyətinin rəhbəri deyib ki, yerli qrup Amerika, Avropa və Avstraliyadan olan müsəlman zəvvarla üçün ayrılan 40 nömərli çadıra daxil olarkən digər qrupdan olan şəxslər onların hansı məzhəbdən olduqlarını soruşublar.

Təhlükəsizlik səbəbindən adının açıqlanmasını istəməyən qadın deyib: “Qrup üzvü şiə olduğunu dedikdə onu kafir adlandırmış və hücum etmişdilər.”

Əslən Livandan olan Avstraliyalı hücumçular daha sonra qrupda olan üç digər şəxsə də hücum edərək döyüblər.
Qadın deyib: “Onlar onu qadınların çadırına salaraq onu boğmaq istəyiblər. Biz yoldaşlar onun yanına gəldikdə həmin şəxsin rəngi göyərmişdir.”

Hücumçular zəvvarlardan çadır ərazisini tərk etməyi tələb ediblər.

Onlar həmçinin uca səslə qışqıraraq deyiblər: “Biz siz şiələri öldürəcəyik və qadınlarınıza da təcavüz edəcəyik.”
Məlumatı verən qadın deyib ki, çadırda olan mühafizə xidməti hadisədən xəbərdar olub, ancaq səssiz duraraq heç bir söz deməyiblər.

Hücuma mərzu qalmış zəvvarlar daha sonra çadırı arxa çıxışdan tərk edərək təxminən bir saat ərzində avtobuslarının gələrək onları mehmanxanaya geri aparmalarını gözləyiblər.

Qrup əsas yola çıxdıqdan sonra polis gələrək onları sakitləşdirib və söz veərərk bildirib ki, ədalət yerini tutacaq. Ancaq polis zəvvarlara olan hücum videosunu telefondan silib.
Source : Islamtimes
Comment