QR CodeQR Code

İrana qarşı Səudiyyə-İsrail işbirliyi

Islamtimes , 19 Oct 2013 15:34

İslamtimes - Fars Körfəzindəki ərəb ölkələrinin İsrail ilə birlikdə İranın nüvə enerji proqramına qarşı ABŞ Konqresində birgə lobbi işbirliyi başlatdıqları bildirilir.


İsrailin xəbər agentliyi olan Debka-nın verdiyi məlumata əsasən İsrail və Səudiyyə Ərəbistanı digər Fars Körfəzi əmirlikləri ilə birlikdə Obamanın İrana qarşı yumuşalmasının qarşısını almaq üçün ABŞ Konqresi tərkibində birgə işbirliyinə start veriblər.

İsrail baş naziri Benyamin Netanyahuya yaxın olan mənbənin çatdırdığı məlumatda həmçinin Körfəz ölkələrinə məxsus bəzi yüksək vəzifəli dövlət məmurlarının İsrailə səfər etdikləri və İsrailin Səudiyyə Ərəbistanı da daxil olmaqla digər Körfəz əmirlikləri ilə birlikdə Vaşinqtonun İrana qarşı yumuşalma addımlarının qarşısını almaq üçün siyasi cəhdlərini birləşdirmək haqqında razılığa gəldikləri bildirilir.

Debka xəbər agentliyi ərəb ölkələri ilə İsrailin ilk dəfə bu qədər sıx diplomatik işbirliyində olduğunu bildirib.

İsraildə dərc dilən Yediot Ahronot qəzetində Attila Somfalvi imzası ilə dərc edilən bir xəbərdə də Körfəzdəki ərəb ölkələri ilə İsrailin İranın nüvə enerji proqramına qarşı bir yerdə hərəkət etdiyi bildirilmişdir.


Story Code: 312353

News Link :
https://www.islamtimes.org/az/news/312353/irana-qarşı-səudiyyə-israil-işbirliyi

Islam Times
  https://www.islamtimes.org