0
Saturday 17 July 2010 - 05:56

Güclü leysan yağışlar bölgələrdə çətinliklər yaradıb

Story Code : 31243
Leysan yağışlar
Leysan yağışlar
150 ev və həyətyanı sahəyə su dolub, bir neçə köhnə ev yararsız hala düşüb, elektrik dirəkləri aşıb,yaşıllıq sahəsinə ziyan dəyib. Şəhərin dağlıq zonasında yerləşən məhəllələrdəki küçələrdə yağışlar yarğanlar əmələ gətirib. Sağıyan kəndində yağış suları əkin sahələrini yararsız hala salıb. Bəzi tikillilər uçub. Kənd arası nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Yağıntı Göyçayda da analoji vəziyyət yaradıb. Aşağı Qaraməryəm, Qaramanlı, Qarayazı, Qarabaqqal kəndlərində arxlar daşaraq yaxınlıqdakı evlərin həyətlərinə dolub. Tovuzda 2 saatadək davam edən qasırğa nəticəsində şəhər mərkəzindəki avtomobil və piyada keçidləri su ilə dolduğundan avtomobillərin gediş-gəlişi müvəqqəti dayandırılıb. Rayonun bəzi yerlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb, bəzi yerlərdə hətta külək ağacları kökündən qoparıb. Yaşayış evlərinə və şəxsi təsərrüfatlara ziyan dəyib.
Comment