QR CodeQR Code

Amerikada zəlzələ baş verib

17 Jul 2010 06:19

İslamTimes/Lenta – ABŞ-da zəlzələ baş verib.


Bu 3,6 ballıq zəlzələ amerikalılar üçün çox gözlənilməz olub və kifayət qədər həyəcan yaradıb. Məsələ bundadır ki, Vaşinqton heç zaman seysmiq aktiv ərazi sayılmayıb. Bu məntəqə üçün ən zəif, 1-2 ballıq zəlzələ də gözlənilməzdir. Amma ötən günkü zəlzələ daha güclü olub. ABŞ Geologiya xidmətindən verilən məlumata əsasən, zəlzələnin episentri Meriliend ştatının Rokvill məntəqəsində olub. Mərkəzin mütəxəssisləri yeni yeraltı təkanları istisna etməyiblər.


Story Code: 31248

News Link :
https://www.islamtimes.org/az/news/31248/amerikada-zəlzələ-baş-verib

Islam Times
  https://www.islamtimes.org