0
Saturday 19 October 2013 - 22:40

ABŞ Səudiyyə Ərəbistanına və BƏƏ-nə 10 milyard dolar dəyərində silah-sursat satıb

Story Code : 312501
ABŞ Səudiyyə Ərəbistanına və BƏƏ-nə 10 milyard dolar dəyərində silah-sursat satıb
ABŞ Səudiyyə Ərəbistanına və BƏƏ-nə 10 milyard dolar dəyərində silah-sursat satıb
Hər iki ölkəyə silah-sursat satmaq haqqında fikirlər ilk dəfə aprel ayında elan edilmişdir, ancaq ABŞ hökumətinin qanunlarına əsasən bütün xarici hərbi satışlar ilkin olaraq rəsmi şəkildə ABŞ müdafiə nazirliyi tərəfindən bildirilməsi bu məsələni bir müddət uzatmışdır.

Bildiriş çərşənbə axşamı günü təqdim edildi və silah satışı haqqında yeni bilgiləri özündə cəmləşdirir. Konqres 30 gün ərzində bu təkilf edilən silah satışını nəzərdən keçirməlidir.

Əgər heç bir etiraz olmasa Birləşmiş Ərəb Əmirliklərinə 4 milyard dollar dəyərində hərbi təchizat və ləvazimatlar almasına icazə veriləcək. BƏƏ-nin sövdələşməsinə 1200 silah, düşmən ərazisinə daxil olmadan uzaq məsafəli hədəfləri vurma qabiliyyətinə malik olan uzaq məsafəli raketlər və 5000 GBU-39B kiçik diametirli bombaların satın alınması daxildir.

Bu satın alma BƏƏ-nin hərbi hazırlıq və gücünü artırmaqla yanaşı regionda ABŞ qüvvələrindən asılılığını da azaldacaq.
Hökumətin təklifi əsasında Səudiyyə Ərəbistanına da 6.8 milyard dollar dəyərində silah-sursat alınmasına icazə veriləcək. Bu satın almanın 90 milyon dolları müdafiə nazirliyinin xidmət şöbələrinin fəaliyyətini daha da təkmilləşdirməsinə sərf ediləcək.

2013- cü il müdafiə analitiklərinin yaydığı hesabata əsasən ABŞ dünyanın ən böyük silah-sursat ixracatçısı, Hindistan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə isə dünyanın ən böyük silah-sursat idxalçılardır.
Source : Islamtimes
Comment