0
Sunday 20 October 2013 - 14:52

Türkiyə NATO-da çıxarılsın

Story Code : 312606
Türkiyə NATO-da çıxarılsın
Türkiyə NATO-da çıxarılsın
Dünən də İsrailin “Yedioth Ahranot” qəzetinə müsahibə verən və adı açıqlanmayan İsrailli səlahiyyətlilər rəsmi olaraq Türkiyəni hədəf aldı. Hətta eks xarici işlər nazirinin müavini Danny Ayalon Türkiyənin NATO-dan çıxarılmasını istədi.

David İgnatiusun Türkiyənin İsrail kəşfiyyatına dair məlumatları İrana verdiyi iddiası barəsində danışan İsrailli səlahiyyətlilər Ankara ilə uzlaşma prosesinin dondurulduğunu söylədi. Kəşfiyyat və Beynəlxalq Əlaqələr naziri Steinitz “Əlaqələr yolunda deyil” dedi.

“Türkiyə ilə təhlükəsizlik əlaqələrimiz məhduddur”
ABŞ-ın nüfuzlu qəzetlərindən “Vaşinqton Post”un köşə yazarı David İgnatiusun Türkiyənin İsrail kəşfiyyat təşkilatı Mossad üçün çalışan 10 iranlının şəxsiyyətini Tehrana verdiyinə istiqamətli iddiasının əks-sədaları davam edir. Türkiyə sərt bir dillə iddiaları rədd edərkən İsrail mövzu ilə əlaqədar rəsmi şərh etməməyi seçdi. Kəşfiyyat və Beynəlxalq Əlaqələr naziri Yuval Steinitz “Türkiyə ilə əlaqələr son illərdə yolunda deyil. Gələcəkdə əlaqələrin hər kəsin xeyrinə olacaq şəkildə yaxşılaşmasına ümid edirik” deməklə kifayətləndi. Ancaq İsrail mətbuatına adını açıqlamayan səlahiyyətlilər ilə köhnə üst səviyyə adlardan reaksiya gəldi. İsrail qəzeti “Yedioth Ahranot”un xəbərinə görə, adını vermək istəməyən İsrailli səlahiyyətlilər “Mavi Marmara” üzründən sonra başladılan əlaqələri canlandırma prosesinin dayandığını söylədi. Hökumət səlahiyyətlilərinə görə, Ankara ilə təhlükəsizlik sahəsindəki münasibətlər olduqca “məhduddur”. Danışıqlara yaxın bir İsrailli qaynaq: “Türklər razılaşma ilə bağlı hər cəhdi yox edir. Bu hadisəni həll etmək istəmirlər. ABŞ prezidenti Obamanın səylərinə baxmayaraq proses tamamilə tıxandı, bu nöqtədən irəli getmək istəmirlər” dedi. Bir başqa səlahiyyətli isə Baş nazir Rəcəb Tayyib Ərdoğanın “İsraili düşmən olaraq gördüyünü” ifadə edərək: “Bizə hər mənada qarşıdırlar. İsrailin ən böyük düşmənləri ilə eyni cərgədədirlər və onlarla təhlükəsizlik əlaqələrimiz olduqca məhduddur. Bizə qarşı hərəkət etdiyini görsək təəccüblənmərik” ifadəsini istifadə etdi.

NATO-da qovulsun
İsrail “Hayom” qəzetinə müsahibə verən eks xarici işlər nazirinin müavini Danni Ayalonun rəftarı isə çox sərt oldu. “Alçaq kreslo böhranı” ilə yaddaşlarda qalan Ayalon Türkiyənin NATO-dan qovulması üçün rəsmi bir müraciət edilməsi lazım olduğunu ifadə edərək “ABŞ və İsrail Türkiyə ilə əlaqələrini təkrar nəzərdən keçirməlidir” dedi. Eks Mossad direktoru Danni Yatom isə “Məncə İsrail, ABŞ və Türkiyə ilə dostluq əlaqələri olan digər ölkələrlə danışmalıdır. Eyni şey başlarına gələ bilər deyə heç bir Qərb kəşfiyyat xidməti Türkiyə ilə əməkdaşlıq etməməlidir” dedi.
Source : İslamtimes
Comment