0
Monday 21 October 2013 - 01:22

“Oğlumu öldürən güllə Türkiyədən gəldi”

Story Code : 312774
“Oğlumu öldürən güllə Türkiyədən gəldi”
“Oğlumu öldürən güllə Türkiyədən gəldi”
PKK-nın Suriyadakı partiyası olaraq bilinən Demokratik Birlik Partiyası (PYD) həmsədri Saleh Müslim bir müddət əvvəl Telabyaddakı qarşıdurmalarda öldürülən oğlu Şervan Müslim üçün “Oğlum Şervanın şəhid olması bizim üçün sürpriz deyildi. Çünki, ən ön sıralarda vuruşurdu. Şəhidlik xəbərini gözləyirdik” dedi. Türkiyənin Suriyadakı silahlı şəbəkələrə əvvəlki kimi yardım etmədiyini və silah vermədiyini də söyləyən Müslim “Oğlumu vuran güllə Türkiyədən gəldiyini” iddia etdi.
Suriyada PYD-nin silahlı gücü olan YPG ilə Əl-Nusra qrupları arasındakı qarşıdurmada bir müddət əvvəl oğlu Şervan Müslimi itirən PYD həmsədri Saleh Müslim kürd dilində yayımlanan “Ronahi” TV-yə həm oğlunun ölümü həm də Suriyadakı son vəziyyət ilə əlaqədar açıqlamalar verdi. PYD həmsədri Müslim Suriyada kürdlərin yaşadığı Rojava bölgəsində aparılan mübarizədə hər kəsin iştirak etdiyini, özlərinin də bu mübarizənin içində olduğunu ifadə edərək bunları söylədi:
“Hamımız ölməyə namizədik. Oğlum Şervanın şəhidliyi bizim üçün sürpriz deyildi. Çünki ən ön sıralarda vuruşurdu. Şəhidlik xəbəri mənə çatanda mənim üçün sürpriz olmadı, gözləyirdik. Döyüşlərdə yalnız kasıblar ölürlər deyilirdi. Bizə görə vətən yalnız kasıbların deyil, bu torpaqlar hamımızındır. Bizə görə vətənimiz, torpağımız namusumuzdur, şərəfimizdir. Bu gün də vətənini, torpağını kim sevirsə mübarizə etməlidir. Mübarizə və müqavimət göstərmənin ruhu bizim üçün həyat amalımız olmuşdur. Bu səbəblə Şervanın şəhid olması səbəbiylə kürd xalqının başı sağ olsun, demokratiya və xalqların qardaşlığının şəhididir. Biz şəhidlərə layiq olmağa çalışacağıq və mübarizələrini davam etdirəcəyik”.
Kürdlər bu döyüşü öz imkanları ilə icra edir. Biz bu döyüşdə demokratiya tərəfdarlarını yanımızda görmək istəyirdik. Amma kimsə dəstək vermədi. Bu gələnlər niyə döyüşlərini Tora Borada deyil, Suriyada aparır? Tunis, Liviya və İrlandiyadan gəlib Suriyada nə edirlər? Bunların 50%-i Türkiyədən gəldilər. Üstlərində çıxan pasportlarda Türkiyədən keçid etdikləri ortaya çıxdı. Türkiyədəki bəzi partiya və QHT-lər bunlara maddi dəstək, silah və adam göndərir”.
“Oğlumu öldürən güllə haradan gəldi? Bu gülləni Türkiyə verməsəydi, oğlum necə vurulacaqdı? Ciyərim yanır, amma oğlum vuruldu. İrandan gələn güllə oğlumu vurmadı. Mənim əlimdən nə gəlsə mübarizəmiz yolunda verəcəyəm. Biz düşmənlik olsun, bu düşmənlik dərinləşsin istəmirik, amma artıq Suriyada yaşanan gerçəyin görülüb qəbul edilməsini istəyirik.”
Source : Islamtimes
Comment