0
Monday 21 October 2013 - 09:13

BMT baş katibi ABŞ-a səsləndi

Story Code : 312793
BMT baş katibi ABŞ-a səsləndi
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Pan Gi Mun öz hesabatında qeyd edib ki, sanksiyalar qadınları, uşaqları və xəstələri də cəzalandıran çirkin bir yoldur: “Sanksiyalar inflyasiyanı daha da sürətləndirir. Xammal və enerji mənbələrinin qiymətlərində artıma, işsizliyin davamlı artmasına, həmçinin dərman da daxil olmaqla, ehtiyac duyulan vəsaitlərin qıtlığına səbəb olur. Vəziyyət xüsusilə qadınlara və onsuz da çətin vəziyyətdə olan və əzilən təbəqələrə zərər verir”.

Baş katib qeyd edib ki, İrana qarşı qüvvədə olan beynəlxalq və birtərəfli sanksiyalar ölkənin nüvə proqramı mövzusunda ziddiyyətli məlumatlara əsaslanır, nəticələri isə İran xalqına humanitar yardım göstərilməsini çətinləşdirir: “Nəticələr bu ölkədə cəmiyyətin hər sahəsində hiss edilir”.
 
P. G. Mun həmçinin deyib ki, sanksiyalar BMT-nin layihələrini həyata keçirmək üçün lazımi vəsait köçürülməsini, texniki yardım göstərilməsini və bu ölkə üçün yeni təchizatın satın alınmasına da maneə törədir.
Comment