0
Tuesday 22 October 2013 - 00:23

Papadan Netanyahuya zərbə

Story Code : 313058
Papadan Netanyahuya zərbə
Papadan Netanyahuya zərbə
Bir neçə gün bundan əvvəl Fələstin Dövlət rəhbəri Mahmud Abbas ilə görüşən Roma Papası İsrail baş naziri Benyamin Netanyahu ilə görüşməyi rədd edib.

İtaliyaya rəsmi səfərə hazırlaşan Netanyahunun Papa ilə görüş təklifinin rədd edilməsi İsraildə siyasi böhrana səbəb olub.

İsrailə məxsus Haartez qəzetinin verdiyi məlumata əsasən Benyaminin Netanyahunun növbəti günlərdə həyata keçirməyə planlaşdırdığı İtaliya səfəri İsraildə siyasi böhrana səbəb olub.

Məlumata görə İsrail baş nazirliyi səfərdən bir həftə əvvəl İsrail baş naziri Benyamin Netanyahunun Roma Papası ilə rəsmi görüşünün olacağı haqqında məlumat vermişdir. Ancaq Roma Papasının belə bir planının olmamasını açıqlaması işləri qarışdırıb. Siyasi böhranın qarşısını almaq istəyən israilli rəsmilər Netanyahu və Papa arasında görüş təşkil etmək istəsələr də bu cəhd baş tutmadı.

Vatikanın görüşü qəbul etməməsini bəyan etməsindən sonra rəsmi açıqlama verən İsrail baş nazirliyi bəyanat yayaraq deyib: “Daha əvvəl bildirdiyimizin əksinə olaraq İsrail baş naziri Benyamin Netanyahu növbəti günlərdə baş tutması nəzərdə tutulan İtaliyaya səfəri zamanı Papa ilə görüşməyəcək.”

Fələstin dövlətinin rəhbəri Mahmud Abbas bir neçə gün bundan əvvəl İtaliyaya səfəri zamanı Roma Papası ilə görüşmüşdür. Görüş zamanı Papa Abbasa qələm hədiyyə etmiş və İsrail ilə Fələstin arasında sülhün bərqərar olmasını arzu etmişdir.
Source : Islamtimes
Comment