QR CodeQR Code

ABŞ-da helikopter qəzaya uğrayıb, 3 nəfər ölüb

23 Oct 2013 09:06

IslamTimes - ABŞ-ın Tennessi ştatında tibbi helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.


APA-nın məlumatına görə, qəza Sommervil şəhərinin yaxınlığında baş verib. “Eurocopter AS350” tipli tibbi təyinatlı helikopter ağır xəstə dalınca gedirmiş. Hava nəqliyyat vasitəsində olan bir pilot və iki həkim qəza nəticəsində hadisə yerində həlak olublar. Hadisə ilə əlaqədar araşdırma aparılır.  


Story Code: 313400

News Link :
https://www.islamtimes.org/az/news/313400/abş-da-helikopter-qəzaya-uğrayıb-3-nəfər-ölüb

Islam Times
  https://www.islamtimes.org