QR CodeQR Code

Səudiyyə Ərəbistanı fitnəkarlığa davam edir

23 Oct 2013 09:36

IslamTimes - The Guardian: Səudiyyə Ərəbistanı ABŞ-a neft ixracının həcmini azalda bilər


Səudiyyə Ərəbistanı ABŞ-a neft ixracını və bu ölkədən silah-sursat idxalını azaltmaqla Vaşinqtonla əməkdaşlıq məsələsinə yenidən baxa bilər. APA-nın “İTAR TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə The Guardian mənbəyə istinadən məlumat yayıb.    
 
“ABŞ-la münasibətlərdə siyasət əhəmiyyətli dərəcədə dəyişiləcək. Ər Riyad bundan sonra asılı tərəf vəziyyətində qalmaq niyyətində deyil”, deyə qəzet qeyd edir. Qəzetin məlumatına görə, krallığın Kəşfiyyat Xidmətinin rəhbəri şahzadə Bəndər ben Sültan əl Səud bu günlərdə Avropa Birliyi ölkələrinin diplomatları ilə görüşündə bəyan edib ki, Səudiyyə Ərəbistanı bir sıra məsələlər üzrə ciddi fikir ayrılığı olduğundan ABŞ-la münasibətlərində “mühüm dönüş” edəcək.  

“Vaşinqton nə Suriya böhranında, nə də İsrail-Fələstin münaqişəsində effektiv addım ata bilməyib, o həmçinin Tehranla yaxınlaşmağa cəhd edir. Bundan başqa, Ər Riyad Bəhreynə 2011-ci ildə hökumət əleyhinə çıxışları yatırmağa yardım edərkən  ABŞ ona heç bir dəstək göstərməyib”, deyə nəşr Kəşfiyyat Xidmətinin rəhbərinin sözlərini sitat gətirib.  


Story Code: 313402

News Link :
https://www.islamtimes.org/az/news/313402/səudiyyə-ərəbistanı-fitnəkarlığa-davam-edir

Islam Times
  https://www.islamtimes.org