0
Wednesday 23 October 2013 - 22:06

ABŞ-da lobbilər İranla müzakirələrə yol verəcəkmi?

Story Code : 313645
ABŞ-da lobbilər İranla müzakirələrə yol verəcəkmi?
Həsən Ruhani BMT-də demək olar ki, yetkin bir çıxış etdi. Bu çıxışda bütün zərif nöqtələr nəzərə alınmışdı və onu beynəlxalq mətbuat işıqlandırdı. Bütün nöqtələr arasında Amerikaya xatırladılmış bir nöqtənin ABŞ-ın siyasi quruluşu ilə bağlılığı vardı. Ruhani dedi ki, Amerikadan vahid söz eşidəcəyimə ümid edirəm. Ruhaninin bu kinayəsi Amerikada müxtəlif qüvvələrin meydanda olmasına, hakimiyyətin parçalanmasına işarə idi. Ölkə daxilindəki analitiklərin səhvi bu ola bilər ki, ayrı-ayrı siyasi quruluşlara fərqli yanaşılmalıdır. Təəssüf ki, Avropa Asiya və Amerika ölkələri ilə rabitələri eyni aspektlərdən təhlil edirlər. Çox dərinə getməyək. Həsən Ruhaninin çıxışındakı kinayə üzərinə qayıdaq. Aydın olan bu idi ki, natiq Amerikanın siyasi quruluşunu dəqiq bilir. Axı nə üçün İran prezidenti Amerikadan vahid söz intizarında olmalı idi? Sual yaranır ki, ABŞ dövləti milli dövlətdirmi? Güman ki, politologiya, beynəlxalq münasibətlər üzrə təhsil alanlar “Vestfal” sözünü eşidiblər. Vestfal müqaviləsi Avropa dövlətləri arasında dini müharibələr zamanı bağlanan müqavilədir. Bu müharibələrdə protestantlar, ortdokslar və katoliklər vuruşurdu. Maraqlı budur ki, vestfal müqaviləsi müasir dünya üçün hökumət modelinin yaradılmasında əsas götürüldü. Bu yeni dövlətçilik nasionalizmlə müşayiət olunurdu. Bu hadisə imperatorluğun sonu oldu, yeni Avropa quruldu. Dövlətlər milli dövlət kimi tanıtdırıldı. Dövlətin qurulmasında coğrafi ərazi vahidi əsas götürülürdü. Təqribən 400 il qabaq meydana çıxmış bu quruluşun siyasi əhəmiyyəti artdı, modern dövlətçilik kimi tanındı. 20-ci əsrin ortalarından, bəlkə də 19-cu əsrin sonlarından milli dövlət öz koloritini itirməyə başladı. Milli dövlətin yaranmasında ciddi rol oynamış kapitalistlər modern dövlət quruluşlarından da maksimum faydalanmağa çalışdılar. 1-ci dünya müharibəsindən sonra birləşmiş iqtisadi təsisatlar, sindikatlar dünyada söz sahibinə çevrildi. İkinci dünya müharibəsindən sonra bu proses daha da sürətləndi. Milli hökumətin simvolu olan hökumətlər dağılmağa başladı. Dünya siyasətində təyinedici rol oynayan böyük şirkətlərin bəziləri neçə əsr tarixə malik idi. Bir neçə millətlə şirkətlərin meydana çıxması ilə dünya iqtisadiyyatında yeni ab-hava yarandı. Çoxmillətli nəhəng şirkətlərin vətəni Amerika idi. Bütün neft müamilələrini əlində toplamış Standart Oil Avnyucersi kimi sindikat şirkətlər dağıdılsa da, əvəzində eynitipli beynəlxalq şirkətlər yarandı. Artıq bu şirkətlər  ABŞ iqtisadiyyatını da nəzarətə götürmüşdü. Hazırda dünyada enerji resurslarına nəzarət edən və yeddi neft bacısı adlanan inhisar buna misal ola bilər. 
 
Amerikanın məşhur iqtisadiyyatçısı Uilyam Enqdal bildirir ki, 2-ci dünya müharibəsindən sonra ABŞ-da şirkətlər siyasətə müdaxilə etməyə başladı. Lobbilər hətta qanunvericilikdə söz sahibi oldu. Bəzi qurumlar hətta rəsmi şəkildə siyasət meydanına daxil oldu. Enqdal düşünür ki, “Betven Vuds” qanunundan sonra lobbilər rəsmi tanındı. Özlərini seçicilərlə vergi ödəyiciləri arasında körpü sayan qruplar ABŞ qanunvericiliyində cilovu ələ aldı. Lobbilər pərdəarxasından çoxmillətli şirkətləri istiqamətləndirirdilər. Onlar bütün rəqabət meydanını işğal etmişdilər. 
 
Lobbilər Konqres, Senat, prezident seçkilərində söz sahibidir. Heç bir seçki kampaniyası böyük pullarsız başa gəlmir. Bu pulları lobbilər ortaya qoyur. İctimai fikiri formalaşdırmaq da onlarında əlindədir. Onlar üçün namizədə səs toplamaq çətin iş deyil. Seçkidən sonra isə sərmayələrinin qazancını götürürlər. Onların qüvvəyə mindirdiyi qanunlar böyük şirkətlərin mənafeyinə xidmət edir. Bəzən onların işi qanunvericiliyi də aşır. 20-ci əsrin əvvəllərində ABŞ-da iqtisadi böhran zamanı xüsusi qanun verildi. Bu qanuna əsasən banklara məhdudiyyətlər qoyulurdu. Əslində isə ABŞ iqtisadiyyatı iflasdan sğortalanırdı. Bank rəhbərləri bu məhdudiyyətləri xoşlamasa da böhrandan çıxmaq üçün başqa yol yox idi. Hərbi sənaye ilə, Wall-Street-lə, enerji karterləri ilə, ərzaq nəhəngləri ilə əlaqəli lobbilər ölkənin taleyini həll edir. Regional lobbilər də fəaldır. Ərəb şeyxlərinin lobbisi, İsrail lobbisi İpac, erməni lobbisi dövlətçilikdə nüfuz sahibidir. Bu lobbilərin əslində təzyiq vasitələrinin gücü bərabər deyil. Hər halda lobbilər arasında da rəqabət var. 
 
Amerikada İran-ABŞ rabitələrinin müsbətə doğru dəyişməsinə müxalif olan qüvvələr meydandadır. Xüsusi ilə İsrail və ərəb lobbisi bu rabitələrə qarşıdır. 
 
Analitiklər bu fikirdədir ki, Tehran-Vaşinqton əlaqələrinin yaxşılaşması Ərəbistan və İsrailin mənafeləri üçün birbaşa təhlükə yaradır. Bu təhlillərə əsasən İran-ABŞ rabitələrinin güclənməsi İsraildə təhlükəsizliyə qarşı ola bilər. Artıq sionist rejim öz məzlum ampuluasında çıxış etmək imkanını itirir. 
 
“İpac” adlanan İsrail lobbisi olduqca güclüdür. Bu lobbi yəhudi kapitalistlərdən təşkil olunub. Onların bank, sənaye və digər sahələrdə böyük yatırımları var. Məhz iqtisadi rıçarqlar vasitəsi ilə siyasətə təsir göstərirlər. Hərbi sənayedə tanınmış şəxslərin əksəri “İpac”-ın üzvüdür. Digər tərəfdən, maliyyə vəsaitləri həmişə siyasi vasitələrdən güclü mühərrik olub. İran enerji sahəsində böyük şirkətlər üçün maraqlı olsa da çoxları silah alverinin qorunmasını daha münasib sayır. Silah alveri üçün dünyada qeyri-sabitlik olmalıdır. Yaxın Şərqdə yaşanan gərginlik silah alverçiləri üçün böyük bazar açır. Bir çox rəqib lobbilərin mənafeyi məhz yaxın şərqdə birləşir. İran isə bu müştərək mənafeyə zərbə vura bilər.
 
İlk növbədə ərəb dövlətlərinin illüziya gücü ifşa ola bilər. Digər tərəfdən İsrail legitimliyə aparan məzlum simasını itirə bilər. Hər il milyardlarla dollar qazanc gətirən silah alveri tənəzzülə uğrayar. İranın gəlişi ilə ərəblər enerji bazarında aparıcı rolunu əldən verə bilər.
 
Maraqlıdır ki, hərbi sənaye nəhəngləri silah bazarının tənəzzülü ilə razılaşacaqmı? Cari ilin mart ayında BBC və Reuters Amerikanın Ərəbistana 10 milyardlıq silah satışından yazdı. Ərəb Əmirlikləri və İsrail də alıcılardan idi. Təkcə Ərəb Əmirliklərinin payına 5 milyard dollarlıq silah düşürdü. Maraqlıdır ki, BBC bu silah alverindən yazarkən İranın nüvə proqramını qabardır, bir növ müamilənin zəruriliyini önə çəkirdi. Ərəb baharı səbəb oldu ki, silah alveri güclənsin. İki il əvvəl Səudiyyə Ərəbistanı hərbi dəniz qüvvələrinin gücləndirilməsi üçün ABŞ-la 67 milyard dollarlıq müqavilə imzaladı. Müamilədə iştirak edən şirkətlərdən biri hərbi klubun üzvlərindən olan Lakheyd Martin şirkəti idi.
 
İsveç strateji araşdırmalar mərkəzi bir müddət öncə böyük bir silah alverindən yazdı. Məlumatlardan belə görünür ki, son dövrdə silah alveri 24% artıb.
 
Cənab prezident Həsən Ruhani BMT-nin tribunasında açıq şəkildə ABŞ hakimiyyətinə səsləndi. Mürəkkəb quruluşlu, müxtəlif qüvvələrin təsiri altında olan dövlətdən vahid mövqe nümayiş etdirməsi istənildi. ABŞ dövlətçiliyində ən təsirli amil puldur. Federal dövlətin istefası ilə nəticələnən son büdcə böhranı bunu daha aydın göstərir. Ölkənin taleyi böyük banklar, müəssisələrin əlindədir. Bu təsisatlar isə siyasətə istiqamət verir.
 
İqtisadi nəhənglər qazanc üçün çalışır. Onlar kiçik bir qazanca görə dünyadakı bütöv bir dövlətin məhvinə razıdırlar. Diplomatiya iqtisadi nəhəngləri cilovlamaqda acizdir. Artıq vaxt çatıb ki, dünyada baş verən proseslərə dəqiq qiymət verilsin. Dünyada bügünki qarşıdurma və müharibələr sırf iqtisadi amillərlə bağlıdır.
Comment