QR CodeQR Code

ABŞ-ın daha bir casusluq əməliyyatı üzə çıxdı

24 Oct 2013 08:41

IslamTimes - Amerikadakı Fransa rəsmilərinin ABŞ-ın izləməsinə dair yeni sənədlər dərc olunub.


Ötən gecə (22 oktyabr 2013) Fransanın Le Monde qəzeti ABŞ-ın keçmiş kəşfiyyat agenti Edvard Snouden tərəfindən təqdim edilən ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) yeni məxfi sənədlərini dərc edib, - Rusiyanın səsi. Qəzetə görə, bu materiallar Vaşinqtondakı Fransa səfirliyi əməkdaşlarının və Nyu Yorkdakı BMT qərargahında olan Fransa daimi nümayəndəsinin Amerika kəşfiyyat idarələri tərəfindən izlənildiyini göstərir. Söhbət səfirlik kompüterlərinə nəzarət proqramlarının tətbiq olunduğu "Genie" proqramı nəzərdə tutulur. /Deyerler/


Story Code: 313704

News Link :
https://www.islamtimes.org/az/news/313704/abş-ın-daha-bir-casusluq-əməliyyatı-üzə-çıxdı

Islam Times
  https://www.islamtimes.org