0
Friday 25 October 2013 - 13:54

Siyasi analitik: İraqdakı qırğınların arxasında Səudiyyə Ərəbistanı dayanır

Story Code : 314086
Siyasi analitik: İraqdakı qırğınların arxasında Səudiyyə Ərəbistanı dayanır
Siyasi analitik: İraqdakı qırğınların arxasında Səudiyyə Ərəbistanı dayanır
Press TV-yə müsahibə verən siyasi analitik deyib ki, İraqda baş verən qırğınların arxasında bəzi regional ərəb dövlətlərində məzhəbi çaxnaşmaların yaranmasını istəyən Səudiyyə Ərəbistanı dayanır.

Yaxın Şərq üzrə ekspert olan Zeyd əl İsa çərşənbə axşamı günü müsahibəsi zamanı deyib ki, İraqda baş verən dəhşətli qırğınlar Səudiyyə Ərəbistanın silah-sursat və maliyyə yardımı ilə dəstəklədiyi və ölkədə məzhəbi çaxnaşma salmaq istəyən ekstremist və üsyançılar tərəfindən həyata keçirilib.

Analitik əlavə edərək deyib: “Səudiyyə rejimi çox dəhşətli şəkildə məxsusən də Suriya, İraq və Livanda çaxnaşmalar salmaq istəyir və buna da səbəb onun Misir, Yəmən və Tunisdə baş vermiş islami inqilablara qarşı çıxaraq sunni İslamı müdafiə etmək haqqında olan yalan iddiaların aşkara çıxmasıdır.”

Ekspert sözlərinə davam edərək deyib ki, Bağdadı Suriya hökumətinin dəstəkçisi hesab edən Səudiyyə Ərəbistanı həmçinin İraqı da parçalamaq istəyir.

O deyib: “Beləliklə Səudiyyə Ərəbistanı İraq hökumətinin Suriya hökumətinə əsas dəstək verdiyinə inanaraq İraqı mühasirəyə almaq və İraq hökumətini zəiflətmək üçün yeni strategiya seçib.”

İran yaxın günlər ərzində xeyli zorakılıqların şahidi olub. Çərşənbə günü silahlı şəxs İraqın Mosul şəhərində altı nəfəri qətlə yetirib. Yol kənarında baş verən bomba partlayışı nəticəsində də həmçinin ən azı üç nəfər həlak olmuşdur.

Eyni gündə Diyala əyalətinin paytaxtı olan Baqubada baş vermiş bombalı hücum nəticəsində bir iraqlı polis həyatını itirib.

BMT-nin verdiyi məlumata əsasən iyul ayında İraq boyu ərazidə baş verən terror hücumu nəticəsində 928 nəfəri dinc olmaqla 1057 nəfər qətlə yetirilib və 2326 nəfər isə yaralanıb.
Source : Islamtimes
Comment