QR CodeQR Code

Amerika Suriyadakı qırğınların günahını Səudiyyə Ərəbistanın üstünə atdı

Islamtimes , 24 Oct 2013 15:15

İslamtimes - Suriyada münaqişə başlayan gündən etibarən Suriya ilə şəxsən məşğul olması üçün Amerikanın tapşırığı ilə Səudiyyə kəşfiyyatının rəhbəri təyin edilən şahzadə Bəndər bin Sultanın Suriyada baş verən qətliam və ölüm oyunlarının əsas səbəbkarı olduğu iddia edilirdi.


Qərb mediasının indiyə qədər toxunmadığı bu iddiaya bugünlərdə Amerika qəzeti olan “Wall Street Journal”-da geniş yer ayrılıb. Qəzetin bu iddianı yenidən gündəmə gətirməsindən səbəb ABŞ-ın indiyə qədər Suriyada istifadə etdiyi Bənədr bin Sultanı ifşa etmək və Suriyada baş verən bütün hadisələrin günahını onun üzərinə atmaqdır.

Səudiyyə Ərəbistanın kəşfiyyat agentliyinin rəhbəri Bəndər bin Sultanın keçən həftənin sonunda Avropalı diplomatlarla görüş təşkil etdiyini bildirən qəzet yazarı Ellen Knikmeyer görüşə qatılan diplomatlardan əldə etdiyi məlumata əsaslanaraq deyib ki, Bəndər Amerikanın regioanal siyasəti ilə əlaqədar olaraq bundan sonra Suriya məsələsində müstəqil bir şəkildə fəaliyyət göstərmə planını həyata keçirəcək.
İddiaya görə Bəndər Suriyalı üsyançıların təlimləndirilməsi və silahlandırılması mövzusunda Amerika ilə razılığa gəldiyi işbirliyini zəiflətməyi planlaşdırır.

Qəzet Bəndərin bu yeni planının ABŞ-ı və onun Ərəb müttəfiqlərini Suriya, İran və Misir məsələsində narahat etməyə başladığını bildirib.

Görüşdə iştirak edən Avropalı diplomatlar Bəndər bin Sultanın xüsusən də Suriyanın bombalanmamasından olduqca narazı olduğunu və Səudiyyə Ərəbistanın BMT Təhlükəsizlik Şurasının üzvlüyünü rədd etməsinin BMT-yə deyil, əslində ABŞ-a göndərilmiş bir mesaj olduğunu bildiriblər.

Bundan sonrakı mərhələdə Bəndər bin Sultan niyyətinin həm CİA, həm də digər xarici xüsusi xidmət orqanlarından ayır şəkildə hərəkət etmək olduğunu açıqlayan diplomatlar Bəndərin İordaniya və Fransaya daha da yaxınlaşdığını bildiriblər.


Story Code: 314119

News Link :
https://www.islamtimes.org/az/news/314119/amerika-suriyadakı-qırğınların-günahını-səudiyyə-ərəbistanın-üstünə-atdı

Islam Times
  https://www.islamtimes.org