QR CodeQR Code

Rasmussen: “Türkiyə NATO-nun mövqeyini nəzərə alacaq”

Islamtimes , 24 Oct 2013 23:23

İslamtimes - NATO-nun baş katibi Rasmussen Türkiyənin raket sistemi tenderini Çin şirkətinə vermə qərarının Müdafiə Nazirləri Yığıncağında gündəmə gəlmədiyini söyləyərək: “Türkiyənin, NATO-nun mövqeyinin fərqindədir və bunu nəzərə alacaqlarından əminəm” dedi.


NATO-nun baş katibi Anders Fog Rasmussen NATO Müdafiə Nazirləri Yığıncağında Türkiyənin uzunmənzilli mərmi müdafiə etmə sistemi tenderinin Çinə verməsi ilə bağlı açıqlamalar verib.
Rasmussen “Hansı sistemi alacağına Türkiyə özü qərar verər. Lakin NATO perspektivindən baxıldığında alışı planlaşdırılan sistemin digər ittifaq üzvlərimdə bənzər sistemlərlə birlikdə işləyə bilməsi, uyğun olması son dərəcə əhəmiyyətlidir. Türkiyə NATO-nun bu mövqeyinin fərqindədir və Türk orqanlarının yekun qərardan əvvəl bunu nəzərə alacaqlarından əminəm. Başa düşdüyüm qədəriylə son qərar hələ verilmiş deyil” dedi.


Story Code: 314268

News Link :
https://www.islamtimes.org/az/news/314268/rasmussen-türkiyə-nato-nun-mövqeyini-nəzərə-alacaq

Islam Times
  https://www.islamtimes.org