QR CodeQR Code

"Qədir Xum hadisəsinin islam tarixində rolu" mövzusunda elmi praktiki konfrans kecirilib

Islamtimes , 24 Oct 2013 01:14

Islamtimes - Qədir Xum hadisəsi islam tarixində böyük rolu olub və islam peyğəmbəri Muhamməd (s) ömürün son illərində sonuncu həccə gedərkən Qədir Xum çölündə özündən sonra müsəlmanlara rəhbər olaraq Hz Əli (ə) qoymuşdur


"Gənc Fikir" ictimai birliyinin təşkilatçılığı ilə 24.10.2013 tarixində saat 15:00-da. Beynalxalq Mətbuat Mərkəzində dəyirmi zalında ictimaiyyət nümayəndələrinin və tanınmış din xadimlərinin iştrakı ilə "QədirXum hadisəsinin islam tarixində rolu" mövzusunda elmi praktiki konfrans kecirilib. Konfransa giriş sözü ilə "Gənc fikir " ictimai birliyin sədr müavin açaraq bildirib ki, Qədir Xum hadisəsi islam tarixində böyük rolu olub və islam peyğəmbəri Muhamməd (s) ömürün son illərində sonuncu həccə gedərkən Qədir Xum çölündə özündən sonra müsəlmanlara rəhbər olaraq Hz Əli (ə) qoymuşdur , deyərək bunu islam tarixinin mühüm hadisəsi kimi qiymətləndirdi. Ramiz Həsənovdan sonra söz danışmaq üçün "Gənc Fikir" ictimai birliyinin sədrinə verilib. Polad Aslanov isə öz növbəsində tarixi əhəmiyyətə malik olan bu hadisənin barəsində qısa olaraq bildirib və deyib , əgər o dövrüdən sonra islam rəhbəri Hz Əli (ə) olsaydı islam ölkələrində vəziyyət bu gün anacaqlı olmazdı. Çox təəssüf ki, bir çox islam torpaqları düşmən tapdağı altındadır və bir çox islam dövlətləri məzlum halda həyat tərzi sürür bundan əlavə olaraq Hz Əlin (ə) şəhid olmasından da qısa olaraq danışdı. Bundan sonra tanınmış yazarlar və ilhayyatçılarda bu günün əhəmiyyətindən danışdı. Konfransdan sonra tanınmış şair və məddahların ifadəsındə Hz. Əlinin şəninə qəzəl , qəsidələr və ilahilər səsləndirilib .


Story Code: 314291

News Link :
https://www.islamtimes.org/az/news/314291/qədir-xum-hadisəsinin-islam-tarixində-rolu-mövzusunda-elmi-praktiki-konfrans-kecirilib

Islam Times
  https://www.islamtimes.org