0
Saturday 26 October 2013 - 10:10
Azərbaycanda daha bir ana ölümü baş verdi

Korrupsioner rejimdə yetişən həkimlərdən başqa nə gözləmək olar?!

Story Code : 314322
Korrupsioner rejimdə yetişən həkimlərdən başqa nə gözləmək olar?!
ANS-in əməkdaşı Afət Telmanqızının ailəsinə ağır itki üz verib. Telejurnalistin qardaşının həyat yoldaşı, bir necə gün öncə övlad dünyaya gətirən Pərvinə Hüseynova xəstəxanada dünyasını dəyişib. Bu barədə ANS PRESS-ə mərhumun ailəsindən məlumat veriblər.

Gənc qadın Sumqayıtda 1 saylı doğum evinin həkimlərinin səhvinə görə, ölümcül halda bir həftə əvvəl Respublika xəstəxanasına gətirmişdi.
 
Xatırladaq ki, vəfat edən xanımın dayısı qızı, ANS-in keçmiş aparıcısı Məhsəti Şərif bir neçə gün öncə sosial şəbəkədə mərhumun üzləşdiyi problem barədə məlumat vermişdi: “10 gün əvvəl dayımın qızı Sumqayıtda sezeryanla doğum etdi. Doğumdan sonra qəfildən vəziyyəti pisləşdi. Qan faizi 31-ə düşdü. Həkimlər dedi ki, təcili qan lazımdır. Əməliyyatda çox qan itirib.Qan verilsə də, xəstənin bədəni həmin qanı götürmədi. Təzyiq daha da yüksəyə qalxdı və o, komaya düşdü. Sonra “savadlı” həkimlərimiz dedi ki, mədəaltı vəzində problem var, bir sürü dərman aldırdılar. Amma getdikcə xəstənin vəziyyəti pisləşdi. Bu dəfə də hepatit b diaqnozu qoydular. İki gündə bununla məşğul oldular və bu diaqnoz da yalan çıxdı. Vəziyyət o yerə çatdı ki, artıq dayımqızı ölümcül hala gəldi. Hətta ambulansa da mindirlməyə icazə verilmədi. Səhiyyə Nazirliyinə şikayətdən sonra helikopterlə Respublika Xəstəxanasına gətirildi. Orada məlum oldu ki, qızın iki böyrəyi də işləmir və zəhərlənmə gedir. Bədən də şişib və göyərib. 3 gündür ki, dializ edirlər amma böyrək açılmır. Bu gün yenidən əməliyyat olundu və məlum oldu ki, bizim üzdəniraq həkimlərimiz doğum zaman “sonluq, cift” deyilən şeyi götürməyiblər və qızın içində qalıb, qan zəhərlənib. Hazırda əməliyyat qurtarsa da, hələ də böyrəklər öz fəaliyyətini bərpa etməyib. Ümid edirəm ki, dayım qızı sağalacaq və öz yeni doğulmuş körpəsini qucağına alacaq. İnsallah, o həkimlərində cəzası verilər”.
 
Mərhumun qohumları məsələ ilə əlaqədar Səhiyyə Nazirliyinə müraciət edib.
Allah rəhmət eləsin!
Source : Deyerler
Comment