0
Friday 25 October 2013 - 10:42

ABŞ və Səudiyyə Ərəbistanı Bəhreyn rejiminin xalqa qarşı zorakılığını dəstəkləyirlər

Story Code : 314336
ABŞ və Səudiyyə Ərəbistanı Bəhreyn rejiminin xalqa qarşı zorakılığını dəstəkləyirlər
ABŞ və Səudiyyə Ərəbistanı Bəhreyn rejiminin xalqa qarşı zorakılığını dəstəkləyirlər
Siyasi analitikin Press TV-yə verdiyi açıqlamada deyib ki, ABŞ və Səudiyyə Ərəbistanı Bəhreyn rejiminin müxalifətə qarşı tətbiq etdiyi zorakılığı dəstəkləyir və beynəlxalq ictimaiyyətdən gizlədir.

Siyasi analitik Rodney Şekspir Vaşinqton və Riyad arasında Bəhreyn məsələsində hər hansı bir fikir ayrılığının olması ehtimalını rədd etmiş və demişdir ki, Bəhreyindəki qatil Ali Xəlifə rejimi ABŞ tərəfindən dəstəklənir.

O əlavə edərək deyib ki, Səudiyyə Ərəbistanı və ABŞ həmçinin İsrail rejiminin işğalını və məskunlaşmanı genişlətmək siyasətini dəstəkləyirlər.

Şekspir qeyd edərək bildirib ki. Manama rejimi müxalifətin dinc nümayişlərinə zorakılıqla cavab verib.

O deyib: “Bəhreyn müxalifəti ta başdan dinc xarakter daşıyırdı, bəs sonradan nə oldu? Onlara qarşı zorakılıq tətbiq edildi və onları həbs edərək işgəncəyə məruz qoydular.”

Çərşənbə günü Səudiyyə tərəfindən dəstəklənən Bəhreyn təhlükəsizlik qüvvələri rejim tərəfindən qətlə yetirilən 17 yaşlı oğlanın dəfn mərasimində iştirak edən insanlara hücum edərək zorkılıq tətbiq edib.

Dəfn mərasimi çərşnbə axşamı günü rejim qüvvələri tərəfindən güllə ilə vurularaq qətlə yetirilən Əli Xəlil Sabbağ üçün təşkil edilmişdir.

O Ali Xəlifə rejimi tərəfindən həyata keçirilən sonuncu zorakılığın qurbanıdır.
2011-ci ilin fevral ayından etibarən Bəhreyn xalqı siyasi islahatlar və konistitusiyalı monarxiya tələbləri ilə nümayişlər təşkil edirdilər, lakin sonradan Bəhreyn qüvvələrinin nümayişçilərə qarşı zorakılığı nəticəsində bu nümayişlər Ali Xəlifə rejiminə qarşı etiraz nümayişlərinə çevrildi.
Source : Islamtimes
Comment