0
Friday 25 October 2013 - 10:54

Respublikaçıların əsas donoru: ABŞ İrana nüvə hücumu etməlidir

Story Code : 314342
Respublikaçıların əsas donoru: ABŞ İrana nüvə hücumu etməlidir
Respublikaçıların əsas donoru: ABŞ İrana nüvə hücumu etməlidir
İşğalçı və cinayətkar İsrail rejiminin əsas dəstəkçilərindən olan qumarbaz maqnat Şeldon Adelson bu açıqlamanı çərşənbə axşamı günü Nyu York şəhərində yerləşən Yeşiva Universitetində edib.

2012-ci il seçkiləri zamanı Respublikaçılara təxminən 100 milyon dollar dəyərində yardım edən Adelson deyib ki, Vaşinqton ilk öncə İran ərazisində yerləşən səhralığa nüvə silahı atmalıdır.

O deyib: “Sonrada deməlisən ki, gördüz! Növbəti dəfə isə düz Tehranın ortasına.Baz biz ticarəti bu cür edirik. Sən yer üzündən silinmək istəyirsən? İrəliyə doğru addımla və daha kəskin mövqe tut.”

80 yaşlı Adelson tez-tez İsrail baş naziri Benyamin Netanyahunun İranın İsrailə ciddi təhlükə yaratdığı haqqında çıxışlarını dərc etdirən Tel Əviv qəzetinin sahibidir.

O bu açıqlamanı İran hökumətinin Qərb ilə Tehran nüvə enerji proqramı üzərində yaranmış məsələni tez bir zamanda həll etmək üçün yeni siyasi kursa start verdikləri zamanda etdi.

Keçən həftə “The New York Times” qəzeti Ağ Evin yükəsk rütbəli rəsmisinə istinad edərək deyib ki, Vaşinqton nüvə enerji proqramı məsələsində ABŞ-ın mövqeyinin ciddi olduğunu göstərmək üçün İranın dondurulmuş vəsait və mülklərini azad etməyi palanlaşdırır.

Times qəzetinin verdiyi məlumata cavab olaraq bir qrup respublikaçı senator bəyanat yayaraq deyiblər: “İran nüvənin zənginləşdirilməsi fəaliyyətindən əl çəkməyənə qədər ABŞ yeni sanksiyaları təxirə salmamalı və dondurulmuş mülkiyyəti də azad etməməlidir.”

Amerika İsrail ictimai əlaqələr komitəsi həmçinin keçən həftə ABŞ konqresinə bəyanat göndərərək deyibllər ki, İranın nüvəni zənginləşdirmək haqqı yoxdur.

İran Nüvə Silahı Yayılmama Razılığını imzalayan və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin üzvü olan bir dövlət kimi bəyan edərək bildirib ki. dinc məqsədlə nüvə enerji proqramından istifadə etmək İran xalıqının təbii haqqıdır.
Source : Islamtimes
Comment