0
Monday 19 July 2010 - 05:55

«Bp» Meksika körfəzində iki yeni quyu qazır

Story Code : 31454
«Bp» Meksika körfəzində iki yeni quyu qazır
«Bp» Meksika körfəzində iki yeni quyu qazır
Yaxın iki gün ərzində sızma davam edəcək. Şirkət 1600 metr dərinlikdəki sızınıtının qarşısını almaq məqsədilə neft quyusunda zədələnmiş boruya qapaq keçirilib. Neft axınının qarşısının alınması barədə bəyanat «Bp»-nin səhmlərinin qiymətini artırıb. Amma mütəxəssislər bunu müvəqqəti hal hesab edir. İki gündən sonra sızma yenidən başlayacaq. Şirkət sızıntının müvəqqəti dayanmasından istifadə edərək problemi tamamilə həll etməyə can atır. Hazırda boruda digər dəliyin olub-olmaması yoxlanılır. Problemi kökündən həll etmək məqsədilə «Bp» şirkəti Meksika körfəzində iki yeni quyu qazır. Hesab olunur ki, bu quyuların işə düşməsi köhnə quyudakı sızmanın qarşısını tamamilə alacaq. Sızma dayansa da, körfəzdə vəziyyət qənaətbəxş deyil. Sızma ərazidə yaşayan və işləyən əhali arasında depressiya və əsəb kimi psixi problemlərə gətirib çıxarıb. Buna səbəb turizm obyektlərində çalışanlar və balıqçıların işsiz qalması olub. Belə adamlar şirkətdən milyonlarla dollar maddi təzminat tələb edirlər. Ümumilikdə, Böyük Britaniya şirkətinə qarşı 95 min məhkəmə işi açılıb. «Bp» indiyə kimi zərərçəkmişlərə 3,5 milyard dollar kompensasiya ödəyib. Yaxın 5 ildə isə şirkət 60 milyard dollar kompensasiya ödəməyi öz üzərinə götürüb. Vəziyyətdən çıxmaq üçün şirkət səhmlərinin 10 faizini satışa çıxarmaq məcburiyyətində qalıb. /Lider/
Comment