QR CodeQR Code

Bağdadda növbəti terror aktı 43 nəfərin həyatına son qoyub

19 Jul 2010 05:58

IslamTimes - Bağdadda baş verən terror aktı nəticəsində 43 nəfər ölüb, 40-a yaxın insan yaralanıb.


APA-nın məlumatına görə, terror aktı qurbanlarının əksəriyyəti maaşlarını almaq üçün hərbi bazaya gələn insanlardır. Onların əksəriyyəti 2006-cı ildən ABŞ-ın dəstəyi ilə “Əl-Qaida”ya qarşı döyüşən “İraqın oğulları” adlı sünni hərbi birləşməsinin üzvləridir. Əvvəllər bu birləşmənin maaşını ABŞ hökuməti ödəyib, indi isə sünni hərbçilər İraq hökumətindən maaş alırlar. Yerli hakimiyyət orqanları terrorçuların aktivləşməsini İraqdakı parlament seçkilərindən sonra yaşanan hakimiyyət böhranı ilə əlaqələndirir.


Story Code: 31455

News Link :
https://www.islamtimes.org/az/news/31455/bağdadda-növbəti-terror-aktı-43-nəfərin-həyatına-son-qoyub

Islam Times
  https://www.islamtimes.org