0
Sunday 27 October 2013 - 08:45

ABŞ-ın dinləyə bilməyəcəyi yeganə baş nazir

Story Code : 314576
ABŞ-ın dinləyə bilməyəcəyi yeganə baş nazir
Səbəbi Hindistan baş nazirinin müasir texnoloji rabitə vasitələrindən istifadə etməməsidir. Amerika Birləşmiş Ştatlarının 35 dünya liderinin telefonunu dinləməsi xəbəri beynəlxalq ictimaiyyətin gündəmindən düşmür,  - Dünya Bülleteni.
 
İddianın mənbəyi Rusiyaya sığınan CIA-nın keçmiş əməkdaşı Edvard Snoudenin ingilis The Guardian qəzetinə sızdırdığı sənədlərdir. Sənədlərə görə, Amerikan Milli Təhlükəsizlik Təşkilatı (NSA) 35 dünya liderinin telefon danışıqlarını dinləyib.
 
Hazırda ən çox maraq doğuran Amerikan kəşfiyyatının hansı liderləri dinləməsidir. Ancaq bu sualın cavabı sənədlərdə yer almır.
 
"Radikal"ın xəbərinə görə, bu iddia qarşısında Hindistan rahatdır. Hindistan baş naziri Manmohan Sinkhin mətbuat katibi Sinkhin dinlənilməsi ehtimalının olmadığını bildirib. Çünki 81 yaşlı baş nazirin nə cib telefonu, nə də elektron məktub ünvanı yoxdur. Katib buna görə də hər hansı bir narahatlıq yaşamadıqlarını ifadə edib.
 
/Deyerler/
Comment