0
Friday 25 October 2013 - 13:49

İran İsrailin əsassız iddialarını rədd edib

Story Code : 314661
İran İsrailin əsassız iddialarını rədd edib
İran İsrailin əsassız iddialarını rədd edib
Çərşənbə axşamı günü Muhəmməd Xəzai deyib: “Düşmən və cinayətkar işğalçı İsrail rejiminin qəzəb və hiddəti göstərir ki, biz doğru yolda addımlayırıq.”

İranlı nümayəndə bu açıqlamanı BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdə vəziyyət haqqında görüşü zamanı İsrailin BMT-dəki nümayəndəsi Ron Prosorun İranı nüvə enerji proqramından hərbi məqsəd üçün istifadə etdiyini və bu səbəblə də İrana qarşı sanksiyaların aradan qaldırılmamasını deməsinə cavab olaraq etmişdir.

ABŞ, İsrail və onların bəzi müttəfiqləri dəfələrlə İranı nüvə enerji proqramından hərbi məqsədlər üçün istifadə etməkdə ittiham edərək Tehranı hərbi müdaxilədə təhdid ediblər. ABŞ və Avropa Birliyi də bu əsassız iddialardan istifadə edərək Tehrana qarşı qeyri qanuni sanksiyalar tətbiq ediblər.

Qoşulmayanlar Hərəkatı adından danışan Xəzayi həmçinin BMT Təhlükəsizlik Şurasını Tel Əvivin qanunsuz əməllərinin qarşısını almağa və Qüds şəhərinə qarşı həyata keçirdiyi dağıntı və işğala son qoymağa çağırıb.

14 Oktyabr tarixində bir qrup israilli məskunlar ordunun müdafiəsi altında Əl Əqsa Məscidinə hücum edərək məscidin daxilində İsrail bayrağını qaldırıblar.

Xəzayi deyib: “Qoşulamyanlar Hərəkatı BMT Təhlükəsizlik Şurasına səslənərək beynəlxalq sülhü və stabilliyi təhdid altına alan bu təhlükəli məsələyə diqqət verməsini və İsrailin təxribatçı və müqəddəslərə toxunmaq kimi əməllərinin qarşısını almağı tələb edir.”
Source : Islamtimes
Comment