0
Friday 25 October 2013 - 14:31

Britaniya cəsusları Əfqanıstanda 100 milyard dollarlıq narkotik ticarətini idarə edirlər

Story Code : 314680
Britaniya cəsusları Əfqanıstanda 100 milyard dollarlıq narkotik ticarətini idarə edirlər
Britaniya cəsusları Əfqanıstanda 100 milyard dollarlıq narkotik ticarətini idarə edirlər
“Veteran Today” qəzetinin baş redaktoru olan Gordan Daff bu açıqlamanı çərşənbə axşamı günü Press TV-yə verdiyi müsahibə zamanı edib. O bu açıqlamanı “The Telegraph” qəzeti MI6 kimi tanınan Gizli Kəşfiyyat Xidmətinin 2014-cü ildə Britaniya əsgərləri Əfqanıstanı tərk etdikdən sonra ora daha çox casus yerləşdirmək üçün digər kəşfiyyat agentliklərindən işçi yığması haqqında məlumat verdikdən iki gün sonra etdi.

Daff deyib: “Mən fikirləşirəm ki, onlar Əfqanıstana ildə 100 milyard dollar gəlir gətirən narkotik sənayesini idarə etmək üçün göndərilirlər. Mən onların Əfqanıstanda görə biləcəyi digər işlər olduğuna inanmıram.”

O əlavə edərək deyib: “Britaniya və ABŞ-ın Əfqanıstanda terror ilə bağlı heç bir işləri yoxdur və bu artıq sübut olunub.”

ABŞ və onun müttəfiqləri 7 oktyabr 2001-ci ildə Vaşinqtonun terror ilə mübarizə siyasəti adı altında Əfqanıstanı işğla etdilər. İşğalçılar Talibanı hakimiyyətdən devirdilər, ancaq 12 ildən sonra xarici ordu qüvvələrinin Əfqanıstanda olmasına baxmayaraq ölkədə yenədə təhlükə və terror höküm sürür.

Əfqanıstanda halhazırda 100 min xarici ordu qüvvəsi var. ABŞ elan edərək bildirib ki, 2014-cü ilin sonuna qədər bütün xarici ordu qüvvələri Əfqanıstandan çıxarılacaq.

ABŞ və Britaniya kəşfiyyat agentlərinin uzun müddət ərzində narkotik ticarəti ilə məşğul olduğun bildirən Daff deyib: “CİA, Mİ6 və digər kəşfiyyat agentləri Veytnam müharibəsində sonra bütün dünyada narkotik ticarəti ilə məşğul olurlar.”
Source : Islamtimes
Comment