QR CodeQR Code

Mossadın sabiq rəhbəri: Amerika bizi də dinləyir

Islamtimes , 26 Oct 2013 15:01

İslamtimes - İşğalçı İsrail rejiminin kəşfiyyat orqanı Mossadın sabiq rəhbəri Danni Yatom Amerika kəşfiyyatının israilli rəsmilərin də telefon danışıqlarını dinlədiyini bildirib.


Amerika kəşfiyyatının birçox ölkə liderlərini dinlədiyi haqqında çıxan xəbər və məlumatlar dünya səviyyəsində böyük bir səs-küyə səbəb olduğu bir zamanda Mossadın sabiq rəhbərinin etdiyi açıqlamalar bu dinləmənin İsrailə də şamil olduğunu göstərir.

Amerika kəşfiyyatında xidmət edən Edvar Snoudenin yaydığı sənədlərə əsasən məsələ ilə əlaqədar xəbərlər yayan İngilis qəzeti “The Guardian” Amerikanın 35 dünya liderini dinlədiyini bildirib.

“Guardina” qəzeti Amerika kəşfiyyatının dinlədiyi dünya liderlərinin adını açıqlamadığı halda xəbəri dəyərləndirən Mossadın sabiq rəhbəri Yatom Amerikanın İsrailin də liderlərini dinlədiyini deyib. Almaniya baş naziri Angela Merkel də bu həftə etdiyi açıqlamada Amerikanın onun cib telefonunu dinlədiyini bildirib.


Story Code: 314695

News Link :
https://www.islamtimes.org/az/news/314695/mossadın-sabiq-rəhbəri-amerika-bizi-də-dinləyir

Islam Times
  https://www.islamtimes.org