QR CodeQR Code

Sabiq ABŞ dənizçisi: ABŞ Suriya məsələsində İsrailə yaltaqlanmaqdan əl çəkməlidir

Islamtimes , 25 Oct 2013 15:08

İslamtimes - Sabiq ABŞ dənizçisi deyib ki. ABŞ münaqişənin höküm sürdüyü Suriya məsələsi üzərində sionsit İsrail rejiminə yaltaqlanmaqdan əl çəkməlidir.


Press TV-yə müsahibə verən Ken Okeffe deyib ki, Vaşinqton Yaxın Şərq məsələlərinə məxsusən də Suriya daxili işlərinə qarışaraq İsrailin xeyrinə bəzi işləri həyata keçirmək istəyir.

O əlavə edərək deyib ki, İsrailin Böyük İsrail Layihəsini həyata keçirmək və ətrafda yerləşən xalqları məhv edərək qıraqdan heç kəsin ona təhlükə yaradacağına əmin olmaq üçün bir sıra planlara sahibdir.

Okeefe Amerika İslamını təmsil edən təkfirçilərin yaradılmasında və onları silah-sursat ilə təmin edilməsində Qərb dövlətlərini günahlandırmış.

O Suriyada baş verən hadisələri Sionist rejimini əhatə edən xalqların məhv edilməsi planının tərkib hissəsi olduğunu bildirib.

O’Keefe deyib: “Onlar bu planı həyata keçirdikdən sonra devirdikləri hökumətlərin yerinə kukla rəhbərlər təyin edərək həmin ərazinin təbii sərvətlərini ələ keçirmək və yaxud da hərbi bazalar yaradaraq regionun digər dövlətlərini də öz idarəçilikləri altına almağa davam edəcəklər.”

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Əldə olan sübutlara əsasən Suriyada prezident Bəşər Əsəd hökumətinə qarşı döyüşən üsyançıların əksəriyyəti xarici vətəndaşlardır.

Məlumat və faktlara əsasən Qərb dövlətləri və onların regional müttəfqiləri olan Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə Ərəb dövlətində fəaliyyət göstərən üsyançıları dəstəkləyirlər.


Story Code: 314696

News Link :
https://www.islamtimes.org/az/news/314696/sabiq-abş-dənizçisi-suriya-məsələsində-israilə-yaltaqlanmaqdan-əl-çəkməlidir

Islam Times
  https://www.islamtimes.org