0
Monday 28 October 2013 - 01:33

Merkelin telefonunun qulaq asılması 2002-ci ildən MTA-nın vəzifələri siyahısında idi

Story Code : 314870
Merkelin telefonunun qulaq asılması 2002-ci ildən MTA-nın vəzifələri siyahısında idi
Trend İTAR-TASS agentliyinə istinadən, bu barədə "Şpiqel-onlayn" internet-nəşri məlumat verir.
 
"Şpigel"in məlumatına görə, çox güman ki, ABŞ prezidenti Barak Obamanın cari ilin iyun ayında Berlinə bir neçə həftə gəlməzdən əvvəl Merkel barədə qulaq asma tapşırığı qüvvədə olub. Qeyd olunur ki, MTA-nın sənədlərindən aydın deyil ki, məhz ABŞ xüsusi xidmət orqanlarının ixtiyarına hansı məlumatlar düşüb.
 
Merkel, 2002-ci ildə Almaniya müxalifətinin liderlərindən biri olduğu üçün, MTA-nın S2c32
/ European States Branch /saylı Avropa şöbəsi onu mümkün hədəf kimi siyahıya əlavə edib. Daha sonra o, "GE Chancellor Merkel" şərti adı altında keçib.
 
Bundan başqa, nəşrin məlumatına görə, ABŞ xüsusi xidmət orqanlarının Berlinin mərkəzindəki səfirliyində, MKİ və MTA-nın Almaniya paytaxtının hökumət obyektlərindəki kommunikasiya proseslərinə birgə müşahidəni həyata keçirən kəşfiyyat şöbəsi mövcuddur.
 
MTA-nın məxfi sənədində qeyd olunduğu kimi, əgər bu kəşfiyyat şöbəsinin fəallığı hiss olunsa, onda bu "digər dövlətin hökuməti ilə ABŞ münasibətlərinə böyük zərər vura bilər".
Comment