0
Monday 28 October 2013 - 21:51

“Mossad” iranlı alimin rəsmi Bakının iştirakı ilə öldürüldüyünü açıqlayıb

Story Code : 315214
“Mossad” iranlı alimin rəsmi Bakının iştirakı ilə öldürüldüyünü açıqlayıb
“Mossad” iranlı alimin rəsmi Bakının iştirakı ilə öldürüldüyünü açıqlayıb
Arannews xəbər verir ki, İsrailin kəşfiyyat qurumu olan Mossad iranlı nüvə aliminin rəsmi Bakının iştirakı ilə öldürüldüyünü etiraf edib. Mossadın ən peşəkar və xarici ölkələrdə məxfi əməliyyatlar üzrə ixtisaslaşmış zabiti Maykl Ross müsahibələrinin birində İranın kibertəhlükəsizlik üzrə xüsusi təyinatlı qüvvələrinin komandanı Mojtaba Əhmədinin öldürülməsi əməliyyatında İsrailin Azərbaycan ərazisindən necə istifadə etdiyindən və rəsmi Bakının rolundan danışıb . Ross Mossadın bu əməliyyatı təkbaşına həyata keçirdiyinə şübhə ilə yanaşıb! M.Ross Tehranın “Xalq mücahidləri” adlı terror qruplaşmasının üzvlərinin Azərbaycan ərazisindən İrana ötürüldüyünü bildirməsinə də toxunub. M.Ross bir neçə gün əvvəl Liviyada yaxalanan “Əl-Qaidə”nin yüksək rütbəli mənsubu Anas əl-Libi haqda da danışıb. O, 1998-ci ilin avqustunda Keniyanın paytaxtı Nayrobidə ABŞ səfirliyinə hücumu təşkil edənlərdən biridir. M.Ross bu hücumun araşdırılmasında iştirak etdiyini deyib: “Mən bu işlə bağlı Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları ilə birlikdə işləmişəm. Biz bu terror aktında iştirak edənlərdən üçünü müəyyən edə bildik. Ona görə də əl-Libinin yaxalanması mənim üçün mühüm hadisə oldu. Bizim təsbit etdiyimiz həmin üç şəxs Misirin o vaxt yeni baş qaldıran cihad hərəkatının liderləri idi. Biz informasiya aldıq ki, həmin şəxslər Azərbaycanda gizlənir və onların Bakıda yaxalanması üçün MKİ ilə birlikdə Bakıya yollandıq». Keçmiş Mossad zabiti Bakıda kimləri yaxaladığını dəqiq deməyib. Lakin belə görünür ki, söhbət “Əl-Qaidə” lideri, misirli Ayman əs-Zəvahirinin Bakıda yaxalanan üç yaxın adamından gedir. Bu əməliyyat barədə vaxtilə Qərb mətbuatı da yazmışdı. Qeyd edək ki, M.Rossun haqqında danışdığı həmin əlqaidəçilər Bakıdakı “Abşeron” otelində (indiki “JW Marriott Absheron” oteli) yatdıqları yerdəcə yaxalanmışdılar. Onların hətta ayaqqabıları da otaqda qalmışdı.(İslamazeri)
Comment