QR CodeQR Code

Alan Hart: Səudiyyə Ərəbistanı və İsrail birlikdə ABŞ-a təziq göstərməyə çalışırlar

Islamtimes , 28 Oct 2013 22:31

İslamtimes - Səudiyyə Ərəbistanı və İsrail birlikdə Yaxın Şərqdəki planlarını həyata keçirmək üçün ABŞ prezidenti Barak Obamaya təziq göstərirlər.


Press TV-yə müsahibə verən siyasi analitik və yazıçı Alan Hart deyib ki, Səudiyyə Ərəbistanı və İsrail birlikdə Yaxın Şərqdəki planlarını həyata keçirmək üçün ABŞ prezidenti Barak Obamaya təziq göstərirlər.

Hart deyib: “Mən firkirləşirəm ki, Yaxın Şərq bölgəsində Səudiyyə Ərəbistanı və İsraildən ibarət olan yeni ittifaq yaranır, çünki onlar fikirləşirlər ki, birlikdə Amerika prezidentini bunların istədiyini etməyə daha tez razı sala bilərlər.”

O əlavə edərək deyib ki, Səudiyyə Ərəbistanı və Sionist İsrail rejimi Misirdə demokratik quruluşun qarşısını almaq üçün yeni hərbi hökumətin arxasında dururlar.

O deyib: “Səudiyyə Ərəbistanı istəyir ki, islahat və demokratiya tələbləri həyata keçməsin və bütün baş verənlərin arxasında da bu istək durur.”

Hart deyib ki, Misir ordusunun rəhbəri general Abdel Fəttah əl Sisi İsrail kəşfiyyat agentliyi olan Mossaddan məsləhətlər alır və səudiyyəlilər də artıq bu məsələdə fəal iştirak etməyə başlayıblar.

Tanınmış siyasi analitik və yazıçı sözünə davam edərək deyib ki. Səudiyyə krallığı həmçinin Fars körfəz ölkəsi olan Bəhreyndə demokratik quruluşun yaranmasının mümkün olmasından çox narahat olur.

O deyib: “Mən fikirləşirəm ki, səudiyyəlilər Bəhreyn hökumətinin devrilməsindən qorxmurlar. Mən fikirləşirəm ki. onların qorxduğu əsas məsələ Bəhreyndə islahat və demokratiyanın bərpası üçün real şərait yaran bilər.”


Story Code: 315225

News Link :
https://www.islamtimes.org/az/news/315225/alan-hart-səudiyyə-ərəbistanı-və-israil-birlikdə-abş-a-təziq-göstərməyə-çalışırlar

Islam Times
  https://www.islamtimes.org