QR CodeQR Code

Türkiyə, İsrail və Səudiyyəliləri artıq qorumuruq

İslamtimes , 29 Oct 2013 15:41

İslamtimes - Vaşinqton Post qəzetinin redaktor köməkçisi və xarici siyasət üzrə yazar Cekson Diehl “Xəyal üzərində qurulan xarici siyasət” başlığı altında yazısında Obama administrasiyasının Yaxın Şərq üzrə siyasətini xeyli tənqid atəşinə tutub.


Obama administrasiyasının siyasəti ABŞ ilə ən yaxın müttəfiqlərinin bəziləri arasında sıxıntı yaratdığını irəli sürən Diehl bu çərçivədə Vaşinqtonun Suriya məsələsində kimyəvi silahları məhv etməyi prioritet olaraq seçməsi, İranın nüvə proqramına xüsusi diqqət verdiyi halda bu ölkənin terror istifadə etmək cəhdini və regional hakimiyyətini əldə etmək məqsədi ilə müharibələri göz ardına vurmasını missal olaraq göstərib.

Obama administrasiyasının nəzəri ilə Suriyadakı daxili müharibə və bölgədəki digər ixtilafların Obamanın köklü adlandırdığı ABŞ maraqlarına heç bir təhdid olmadığı deyilir.

“Ancaq bir an hesab edək ki, əl Qaidənin Suriyanın şərqində yaratdığı yeni qurumu, Hizbullahın Livanda on minlərlə raketi hazır vəziyyətə gətirməsi və ABŞ-ın təşviq etdiyi İraq siyasi sistemi Amerika üçün heç bir təhlükə yaratmır. Məsələ bu cür olsada yenə də ABŞ-ın bölgədəki müttəfiqləri İsrail, Səudiyyə Ərəbistanı, İordaniya və Türkiyə həyati məsələlərini artıq ABŞ-ın müdafiəsi altında olmadığı qorxutucu yeni bir dünyada tək buraxılmış olur. ”


Story Code: 315457

News Link :
https://www.islamtimes.org/az/news/315457/türkiyə-israil-və-səudiyyəliləri-artıq-qorumuruq

Islam Times
  https://www.islamtimes.org