0
Tuesday 20 July 2010 - 05:44

6 terrorçu öldürüldü

Story Code : 31560
6 terrorçu öldürüldü
6 terrorçu öldürüldü
APA-nın İran xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bunu İranın daxili işlər naziri Məhəmməd Mustafa Nəccar deyib. O bildirib ki, ABŞ-ın və İsrailin himayə etdiyi terrorçu qruplar vaxtaşırı İranda vəziyyəti qarışdırmaq üçün müəyyən təxribatlar və terror aktları törədirlər: “Biz bunu bilirik və bu cəhdlərin qarşısını alacağıq. Onlar qonşu ölkələrdə xüsusi təlim keçərək elə həmin ölkə vasitəsilə istər qanuni, istərsə də qeyri-qanuni şəkildə İran sərhədlərini keçib öz çirkin niyyətlərini həyata keçirirlər”.
Qeyd edək ki, İranın təhlükəsizlik qüvvələri 5 iyun axşamı Zahidan şəhər məscidində terror aktı törədənlərin izinə düşüb. Təhlükəsizlik qüvvələri ilə terrorçular arasındakı toqquşmada 6 terrorçu öldürülüb.
Comment