Qatar toqquşmasında 50 nəfər həlak oldu
20 Jul 2010 05:47
İslamTimes - Hindistanda iki qatarın toqquşması nəticəsində son məlumatlara görə 50 nəfər həlak olub, onlarla insan yaralanıb, - “Lenta” xəbər verir.
Dəmiryolu Stansiyasının mətbuat katibi Anil Saksenanın sözlərinə görə, qatarların qalıqları altından 50 nəfərin meyidi çıxarılıb. Həlak olanların artacağı istisna edilmir. Onlarla yaralı insanın aşmış vaqonlar altında olduğu bildirilir.
Qəza bu səhər baş verib. Kəlküt istiqamətində hərəkət edən qatar, Qərbi Benqaliyada stansiyada dayanmış qatarla toqquşub. Qəzanın səbəbləri araşdırılır. /Deyerler.org/
Story Code: 31561