QR CodeQR Code

Cenevrədə Ümumdünya Konfransı

20 Jul 2010 05:57

İslamTimes - İsveçrənin Cenevrə şəhərində keçirilən Parlament Spikerlərinin 3-cü Ümumdünya Konfransında BMT-nin baş katibi Pan Gi Mun çıxış edib.


Milli Məclisin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, o, konfrans iştirakçılarına uğurlar arzulayıb. Parlamentlərin BMT ilə əməkdaşlığının vacibliyini qeyd edən BMT-nin baş katibi bu əməkdaşlıqda və parlamentlərin fəaliyyətində dörd istiqamətin mühüm əhəmiyyət daşıdığını xüsusi vurğulayıb. Baş katib dünyanın təhlükələrdən xilas olunması, dünyada stabilləşmənin təmin olunması və milli konfliktlərin aradan qaldırılması, böhranlardan müdafiə və iqtisadi inkişafa nail olunması, eləcə də dünyanın silahsızlaşdırılması və nüvə təhlükəsindən qorunması işində parlamentlərin fəaliyyətini gücləndirməsini və bu işə öz töhfələrini verməsini vacib sayıb. Pan Ki Munun çıxışından sonra konfransın gündəliyi təsdiq olunub və gündəlikdəki məsələlərin müzakirəsinə başlanıb.
İlk məruzə “Parlamentlər BMT ilə işlərini necə təşkil edirlər” mövzusunda olub. 2005-ci il Spikerlərin Konfransından sonrakı inkişafa dair məruzəni isə Cənubi Afrika Respublikasının parlament sədri Maks Sisulu edib. Sonra parlament spikerlərinin çıxışları başlanıb.
Tədbir çərçivəsində Milli Məclisin Sədri Oqtay Əsədov Ermənistan parlamentinin sədri Ovik Abramyanla görüşüb. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.
O. Əsədovun iyulun 21-də konfransda çıxışı gözlənilir.


Story Code: 31562

News Link :
https://www.islamtimes.org/az/news/31562/cenevrədə-ümumdünya-konfransı

Islam Times
  https://www.islamtimes.org