0
Wednesday 30 October 2013 - 12:03

AB Belarusa qarşı sanksiyaların müddətini daha bir il uzadıb

Story Code : 315731
AB Belarusa qarşı sanksiyaların müddətini daha bir il uzadıb
APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, AB Şurasının bəyanatına görə, “insan hüquqları sahəsində dəyişikliyin olmaması” səbəbindən  sanksiyalar  2014-cü ilin oktyabrın sonunadək uzadılıb.  

Avropa Birliyinin Belarusa qarşı tətbiq etdiyi sanksiyalar paketi ölkə rəhbərliyinin nümayəndələrinin və bir sıra iri sahibkarların daxil edildiyi “qara siyahı”dan, Avropa sahibkarlarına bir sıra Belarus şirkətləri ilə əməkdaşlığa qoyulan qadağadan ibarətdir. 
Comment