0
Wednesday 30 October 2013 - 23:37

AIP həbs olunan dindarlarla bağlı bəyanat yayıb

Story Code : 316014
AIP həbs olunan dindarlarla bağlı bəyanat yayıb
AIP həbs olunan dindarlarla bağlı bəyanat yayıb
Azərbaycan İslam Partiyası həbs olunan dindarlarla bağlı bəyanat yayıb
Azərbaycan İslam Partiyası Sabunçu Rayon Məhkəməsində ilahiyyatçı Tale Bağırovun işi üzrə keçirilən prosesə buraxılmayan dindarların həbsini pisləyən bəyanat verib.

Bəyanatda deyilir ki, məhkəmənin açıq keçirilməsinə baxmayaraq T.Bağırovun yaxınlarının və dindar təəssübkeşlərin məhkəmə zalına buraxılmaması qanun pozuntusudur.
Bu, polisin məhkəmənin gedişinə təzyiqidir və yolverilməzdir. Baş verənlər Azərbaycanda müstəqil məhkəmə hakimiyyətinin qeyri-mövcudluğunu, hər bir ittiham olunan vətəndaşın taleyinin polis orqanlarına etibar olunması isə ölkənin polis rejimi vasitəsilə idarə edilməsini sübut edir.

Bu isə rüşvət və korrupsiyaya uğramış hüquq mühafizə orqanlarının vətəndaşla hakimiyyət arasındakı etimadın bərpa olunmasına, insanların təhlükəsiz yaşayış tərzinin yaradılmasına yenə də ciddi maneə törətdiyini göstərir.

Polisin insanlarla bu cür qəddarcasına rəftar etməsi dövlətçiliyi ağır zərbə altında qoyur. Belə neqativ halların aradan qaldırılması, həbs olunan və haqlarında qondarma ittihamlar səsləndirilən günahsız vətəndaşlar dərhal azadlığa buraxılmalı, günahkar polis əməkdaşları layiqli cəzalarına çatdırılmalıdır. Belə olayların təkrar olunmaması üçün hakimiyyəti təmsil edən məsul postlara təsadüfi yiyələnən hüquq mühafizə əməkdaşlarına qanunçuluq təlqin edilməli və belələri ilə mənəvi maarifləndirmə təlimləri aparılmalıdır.(İslaminsesi)
Source : İslaminsesi
Comment