QR CodeQR Code

Yaponiya İrandan neft idxalını 35% artırdı

31 Oct 2013 23:54

IslamTimes - Yaponiya ötən illə müqayisədə İrandan neft idxalını 35% artıraraq gündəlik olaraq 252216 barrelə çatdırıb.


"IslamTimes" "Fars" xəbər agentliyinə istinadən bildirir ki, Yaponiya ötən illə müqayisədə İrandan neft idxalını 35% artıraraq gündəlik olaraq 252216 barrelə çatdırıb.
 
ABŞ başda olmaqla Qərb ölkələri İranın Asiyadakı əsas neft alıcıları olan Yaponiya, Çin, Hinditsan və Cənubi Koreyaya təzyiq göstərərək onlardan İrandan neft idxalını azaltmalarını tələb edir.
 
Qərb bu addımı ilə İranın nüvə fəaliyyətinə mane olmaq niyyətindədir. Onlar iddia edir ki, İslam Respublikası nüvə silahı istehsal etmək niyyətindədir. Rəsmi Tehran isə bildirir ki, İran NPT-nin üzvüdür və bu ölkədəki nüvə fəaliyyətləri Beynəlxalq Atom Enerji Agentliyinin nəzarəti altında həyata keçirilir.


Story Code: 316376

News Link :
https://www.islamtimes.org/az/news/316376/yaponiya-irandan-neft-idxalını-35-artırdı

Islam Times
  https://www.islamtimes.org