QR CodeQR Code

“Altılıq” ölkələri İrana qarşı qoyulmuş sanksiyaların müzakirə olunmasını qəbul edib

1 Nov 2013 13:40

IslamTimes - Oktyabrın 30-31-də Vyanada İranla “altılıq” ölkələri arasında mütəxəssislər səviyyəsində müzakirələr keçirilib.


APA-nın İRİB-ə istinadən məlumatına görə, danışıqlar bağlı qapılar arxasında baş tutub. Görüşdə “altılıq” ölkələri ilk dəfə İrana qarşı tətbiq olunmuş sanksiyalar məsələsini gündəmlərinə almağı qəbul ediblər.
 
İran nümayəndə heyətinə rəhbərlik edən Xarici İşlər Nazirliyinin siyasət və beynəlxalq məsələlər şöbəsinin müdiri Həmid Bəidinejad ikigünlük müzakirələrdən sonra bir açıqlama yayıb: “İkigünlük danışıqların ardından texniki, elmi və hüquqi sahələrdəki bütün məsələlər araşdırıldı. Nüvə və sanksiyalar sahələrindəki digər mövzuların görüşülməsinə keçildi. Bu iclasda ilk dəfə texniki və elmi məsələlər ciddi şəkildə müzakirə edildi. Toplantının nəticələri İranla “altılıq” ölkələri arasında noyabrın 7-8-də Cenevrədə keçiriləcək növbəti nüvə danışıqlarında müzakirə ediləcək”.


Story Code: 316482

News Link :
https://www.islamtimes.org/az/news/316482/altılıq-ölkələri-irana-qarşı-qoyulmuş-sanksiyaların-müzakirə-olunmasını-qəbul-edib

Islam Times
  https://www.islamtimes.org