0
Wednesday 21 July 2010 - 05:16

Həmsədrlər İrəvana təziyq göstərməkdən imtina edir

Story Code : 31664
Həmsədrlər İrəvana təziyq göstərməkdən imtina edir
Həmsədrlər İrəvana təziyq göstərməkdən imtina edir
Bu gün ukraynalı həmkarı Konstantin Qrişenko ilə danışıqların yekunlarından sonra keçirilən mətbuat konfransında Məmmədyarov deyib ki, Almatıda ATƏT-in Minsk Qrupunun həmsədrləri, həmçinin vasitəçi ölkələrin xarici siyasət idarələrinin rəhbərlərinin iştirakı ilə çoxsaatlıq müzakirələr aparılıb.
Məmmədyarov qeyd edib ki, Almatı görüşü nəticəsiz olub və Ermənistanın mövqeyi ilə əlaqədar “3+2” formatında (tərəflərin və üç həmsədrin birgə bəyanatı) bəyanat qəbul olunmayıb. Halbuki, Azərbaycan belə sənədin qəbuluna tərəfdar idi.
Nazirin sözlərinə görə, erməni tərəfi danışıqları Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Sankt-Peterburq görüşündə keçirilən müzakirələrin davamı kimi yönəltməyə çalışır. Azərbaycan tərəflərin mövqelərinin yaxınlaşması məqsədilə Rusiya prezidentinin səylərini alqışlayır, eyni zamanda Sankt-Peterburq görüşünü Soçi görüşünün (yanvar, 2010-cu il) davamı sayır və danışıqlar prosesinin ötən ilin sonlarında tərəflərə təqdim olunmuş Madrid pinsiplərinin yenilənmiş variantı əsasında davam etdirilməsinə tərəfdardır.
Comment