QR CodeQR Code

İlahiyyatçı Taleh Bağırova hökm oxunub

1 Nov 2013 21:49

IslamTimes - Sabunçu Rayon Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə həbsdə olan ilahiyyatçı Taleh Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Keçirilən prosesdə hakim Samir Əliyev ilahiyyatçı Taleh Bağırova hökm oxuyub. Hökmə əsasən, T.Bağırov 2 il müddətinə azadlıqdan məhrum edilib
 
Xatırladaq ki, Taleh Bağırov barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq baxılmaq üçün məhkəməyə göndərilib. Bu ilin avqustun 1-də Nərimanov rayon Məhkəməsində Taleh Bağırovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması barədə istintaq orqanının verdiyi vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin edərək, T.Bağırovun həbs müddətini 3 ay uzadıb. Apellyasiya şikayəti də həmin qərardan verilib.
 
Bu il martın 31-də həbs edilən ilhahiyyatçı alim Hacı Tale Bağırov və sürücüsü Anar Məlikova 2 ay həbs-qətimkan tədbiri seçilib. Sabunçu rayon məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Tale Bağırov cinayət məcəlləsinin 234.1 maddəsi ilə təqsirləndirilərək 2 ay müddətinə azadlıqdan məhrum edilib. /SalamNews/


Story Code: 316651

News Link :
https://www.islamtimes.org/az/news/316651/ilahiyyatçı-taleh-bağırova-hökm-oxunub

Islam Times
  https://www.islamtimes.org