QR CodeQR Code

Abadanda küllü miqdarda silah-sursat

21 Jul 2010 05:24

İslamTimes - İranın İraqla həmsərhəd bölgəsində yerləşən Abadan şəhərində qaçaqmalçılardan küllü miqdarda silah sursat aşkar edilərək götürülüb.


APA-nın “FARS” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Abadan şəhər polis rəisi Cəfər Əkbəri deyib. O bildirib ki, polisin və təhlükəsizlik qüvvələrinin səyi nəticəsində cari ilin 3 ayı ərzində qaçaqmalçılardan 45 ədəd avtomat “Kalaşnikov” və digər müxtəlif növ silahlar aşkar edilərək götürülüb. Bundan əlavə küllü miqdarda narkotik və 10 min tondan çox anacaq məhsulu aşkar edilib.


Story Code: 31666

News Link :
https://www.islamtimes.org/az/news/31666/abadanda-küllü-miqdarda-silah-sursat

Islam Times
  https://www.islamtimes.org