0
Wednesday 21 July 2010 - 05:36

Kabil Konfransında 70 ölkə nümayəndəsi bir araya gəldi

Story Code : 31668
Kabil Konfransında 70 ölkə nümayəndəsi bir araya gəldi
Kabil Konfransında 70 ölkə nümayəndəsi bir araya gəldi
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun təmsil etdiyi konfransın əsas gündəm maddəsi təhlükəsizlik sahəsindəki məsuliyyətin 2014-cü ildən etibarən Əfqanıstanın təhlükəsizlik qüvvələrinə verilməsidir.
Kabil Konfransı NATO və beynəlxalq koalisiya qüvvələrinin Əfqanıstanda ən sıxıntılı günlərini yaşadığı dönəmdə toplanıb. Konfransdan əvvəl bölgədə partlayışlar olub.
Kabilə gələn BMT baş katibi Ban Ki-Mun və İsveçin xarici işlər naziri Karl Bildtin olduğu təyyarə tam enərkən hava limanına raket hücumu olub. Bu səbəbdən təyyarə Baqramdakı ABŞ hərbi bazasına enib və buradakı hərvi vertolyotlarla Kabilə daşınıb.
Konfransın açılışında çıxış edən Əfqanıstan prezidenti Həmid Karzayi 2014-cü ilin sonunadək təhlükəsizlik sahəsində məsuliyyəti tamamən öz üzərlərinə götürmək istədiklərini açıqlayıb və bunun üçün daha çox dəstək istəyib.
ABŞ dövlət katibi Hillari Klinton Əfqanıstanda keçid dövrünün sonsuza qədər təxirə salına bilməyəcyini, ancaq Vaşinqtonun bu ölkə ilə bağlı hərbi vədlərini yerinə yetirəcəyini söyləyib.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da Əfqanıstanın əfqanlara aid olduğunu, sabitlik və inkişafın da Əfqanıstan tərəfindən təmin edilə biləcəyini vurğulayıb.
NATO-nun baş katibi Anders Foq Rasmussen isə nəzarətin əfqan ordusu və polisinə keçməsindən sonra da çoxmillətli beynəlxalq missiyanın Əfqanıstanda qalacağını bildirib.
Toplantının yekun bəyannaməsinin hazırlandığı dəqiqələrdə gələn bir xəbər isə ölkədəki təhlükəsizlik problemini bir daha qabarıq şəkildə üzə çıxarıb.
Xəbərdə mövqeyini dəyişdirən bir əfqan əsgərinin 2 NATO əsgərini öldürdüyü bildirilib. Bununla da iyun ayından bəri Əfqanıstanda NATO və koalisiya qüvvələrinin verdiyi itkilərin sayı 162-yə çatıb.
Related Stories
Comment