0
Saturday 2 November 2013 - 10:49

Obama iqtidarı senatdan İran əleyhinə sanksiyaların təxirə salınmasını istədi

Story Code : 316742
Obama iqtidarı senatdan İran əleyhinə sanksiyaların təxirə salınmasını istədi
"Frans-Press" xəbər agentliyinin bildirdiyinə görə, ABŞ vitse-prezidenti Co Baydenin rəhbərlik etdiyi və dövlət katibi Con Kerri ilə maliyyə naziri Cek Lonun da qatıldığı yüksək səviyyəli hökumət heyəti ilə senatorların iclası cümə axşamı günü axşam bağlı qapılar arxasında həyata keçirilib.

Alınan xəbərlərə görə Obama hökuməti bu iclasda demokrat və respublikaçı senatorlardan 5+1 qrupu ilə İran arasındakı gələcək iclas ərəfəsində ABŞ tərəfindən İrana qarşı bir sıra müsbət addımlar atılmasını və bu məqsədlə İran əleyhinə sanksiyaların təxirə salınmasını istəyib. /Deyerler/
Comment