QR CodeQR Code

Terror aktına görə 50 uyğur həbs olundu

2 Nov 2013 11:01

IslamTimes - Pekin şəhərinin Tyananmen meydanında törədilən terror aktı 40 min yuana (6,5 min ABŞ dolları) təşkil olunub.


Bu bəyanatı Çinin CCTV dövlət telekanalı yayıb.
 
APA-nın «France-Presse» agentliyinə istinadən verdiyi xəbərə görə, terror aktının hazırlıqlarına hələ sentyabr ayında başlanıb. Oktyabrın ortalarında Pekinə 8 nəfərdən ibarət qrup gəlib. Onlar özləri ilə paytaxta Tibet bıçaqları və 400 litr benzin gətirib, otellərdən birində yerləşiblər. Terror aktı ərəfəsində isə onlardan 5-i yenidən Urumçiyə (Sinzyan-Uyğur muxtar rayonunun mərkəzi) qayıdıb.
 
Paytaxtda qalan 3 nəfər oktyabrın 28-də yolsuzluq şəraiti üçün nəzərdə tutulan avtomobildə Tyananmen meydanını ziyarət edən turist kütləsinə üstünə sürüb. Maşının partladılması nəticəsində, salondakı bir kişi həyat yoldaşı və anası ilə birlikdə həlak olub. Turistlərdən isə iki nəfər ölüb, 40 nəfər müxtəlif xəsarətlər alıb.
 
Hadisədən bir neçə saat sonra Çinin hüquq-mühafizə orqanları terror aktının törədilməsində şübhəli bilinən Sinzyan-Uyğur muxtar rayonunun bir neçə sakinini axtarışa verib. Nəticədə, adları açıqlanmayan, uyğur mənşəli soyadlar daşıyan 5 nəfərin saxlanıldığı açıqlanıb. Ötən gün Özbəkistanda rəsmi səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin siyasi-hüquqi komissiyasının katibi Men Tzyançju bəyan edib ki, Tyananmen meydanında törədilən terror aktının pərdəarxası sifarişçisi Şərqi Türküstan İslam Hərəkatıdır.
 
Uyğur hüquq müdafiəçiləri isə istintaqın gedişi zamanı muxtar vilayətin ən azı 50 sakininin saxlanıldığını bildiriblər.


Story Code: 316753

News Link :
https://www.islamtimes.org/az/news/316753/terror-aktına-görə-50-uyğur-həbs-olundu

Islam Times
  https://www.islamtimes.org