QR CodeQR Code

Səudiyyə Ərəbistanı Livanı təhdid etməyə başlayıb

İslamtimes , 1 Nov 2013 16:34

İslamtimes - Suriyadan istədiyini ala bilməyən Səudiyyə rejimi Livanı münaqişə içinə salmaq istəyir.


Səudiyyə kəşfiyyatının sabiq rəhbəri şahzadə Türk əl Feysəlin “Livan daxili müharibə içərisindədir, çünki Hizbullah qanunları və əmirləri göz ardına vuraraq öz qanunlarını tətbiq edir” deməsi ekspertlər tərəfindən açıq bir təhdid kimi dəyərləndirilir.

Vaşinqtondakı ABŞ-Ərəb münasibətləri şurasında etdiyi çıxışda əl Feysəl Hizbullahın Suriya prezidenti Bəşər Əsədin devrilməsinin qarşısını almaq üçün Livan siyasətinin dayandığı prinsipləri risqə atmaq və Rafik Həriri suiqəsdini araşdıran özəl məhkəmənin fəaliyyətinə əngəl törətdiklərini iddia edib.

Türki əl Feysəl Səudiyyə Ərəbistanın Livanda bəzi qanunları qəbul edilməsinə, Hizbullahın Suriyaya müdaxiləsinə son qoyulmasına və Həriri suiqəsdindən cavabdeh olan liderlərin məhkəmə qarşısına gətirilməsinin vacibliyinə inandığını deyib.

Livanın şimalındakı Trablus şəhərində isə keçən həftədən bugünə qədər baş verən hadisələrdə təxminən 10 nəfər həyatını itirib. Snayperçilər tərəfindən təşkil edilən əməliyyatların hədəfi Suriyadakı münaqişəni Livana keçirtmək olduğunu bildirirlər.

Digər tərəfdən Səudiyyə krallığı Suriya ilə əlaqədar olaraq təşkil edilən danışıqlarda Suriyaya qarşılıq Livanı istədiyini və Hizbullahın Livan hökumətindən çəkilmədiyi təqdirdə Livanın da qana boyanacağını bildirib.

Hizbullahın Livan məclisindəki nümayəndələrindən Livan dövlət naziri Muhəmməd Feniş isə Səudiyyənin sabiq kəşfiyyat rəhbərinin dediklərini çox təhlükəli bir addım adlandırıb.

Feniş deyib: “Bu cür sözlər çox təhlükəlidir. Hizbullah və Livan üçün təhlükələr görülməkdədir. Suriyada münaqişənin həll edilməsini istəməyənlər və məzhəb davasını qızışdıran və qrupları silahlandıranlar bugün Livan və bölgədəki digər ölkələrdə cərəyan edən hadisələrdən cavabdehdirlər.”


Story Code: 316876

News Link :
https://www.islamtimes.org/az/news/316876/səudiyyə-ərəbistanı-livanı-təhdid-etməyə-başlayıb

Islam Times
  https://www.islamtimes.org